“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Deputatın şirkəti 10,7 milyonluq sifariş alıb - “Azəri Med” hansı qurumların tenderlərini qazanıb?

Tarix 10.02.26, 19:10

Font ölçüsü : - / +
bitmap-img6


Tibb sektorunda fəaliyyət göstərən “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti (QSC) cari il başlar-başlamaz artıq 4 satınalma müsabiqəsinin qalibi seçilib.

AzFakt.com AzTimes.az-a istinadla  xəbər verir ki, bu tenderlərdən ikisi Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən, digər ikisi isə Bakı Sğlamlıq Mərkəzi və Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi tərəfindən keçirilib.

Satınalma müqaviılərinin ümumi maliyyə dəyəri 10 783 068,15 manatdır.

Beləliklə, “Azəri Med” QSC cari ilin ilk aylarında artıq 10,7 milyon manatlıq sifariş alıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Azəri Med” QSC 2 iyul 2004-cü ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 8 255 510 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Asif Məmmədov küçəsi ev 30-da yerləşir.

QSC-nin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur. Famil Rəhimli haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

Şirkətin sahibinə gəlincə, mediada gedən məlumatlardan aydın olur ki, “Azəri Med” QSC deputat Kamaləddin Qafarova məxsusdur. 2009-2013-cü illərdə şirkətin qanuni təmsilçisi Qafarov Hüsaməddin Şəmsəddin oğlu olub.

Hüsaməddin Qafarovla Kamaləddin Qafarovun yaxın qohum olduğu bildirilir. Bundan başqa, 2019-cu ilədək QSC-nin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 65 A, məhəllə 3078A, mənzil 155-də yerləşib. Media yazır ki, bu evdə Kamaləddin Qafarov və ailə üzvləri qeydiyyatda olub.

Şirkətin deputata məxsusluğu da məhz bu faktların üzərindən əsaslandırılır. Kamaləddin Qafarov da indiyədək bu iddiaları təkzib etməyib. Kamaləddin Qafarov 2015-ci ildən deputatdır. O, parlemntdə 9 saylı Binəqədi ikinci seçki dairəsini təmsil edir.

Deputata olanadək isə Milli Onkologiya Mərkəzinin direktor müavini vəzifəsində işləyib. “Azəri Med” QSC-nin satınalma müsabiqələrində daha çox MOM-un tenderlərinin qalibi seçilməsi də bununla əlaqələndirilir. Kamaləddin Qafarovun biznesi yalnız “Azəri Med” QSC ilə məhdudlaşçır. Onun inşaat şirkətləri, şadlıq sarayı və çoxsaylı obyektlərinin olduğu barədə mediada kifayət qədər yazılıb.

Azərbaycan Konstitusiyasının Konstitusiyanın 85-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər deputat seçilə bilməzlər.



Xəbərin oxunma sayı : 358




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap