“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Ət bahalaşır, balıq bazarında vəziyyət necədir? - Bazardan reportaj

Tarix 10.02.26, 19:54

Font ölçüsü : - / +
bitmap-img6


Qış aylarında qida rasionunda balıq xüsusi yer tutur. Son dövrlər ət məhsullarının bahalaşması isə əhalinin balığa marağını daha da artırıb. Bu səbəbdən balıq bazarlarında qiymətlər, məhsulların mənşəyi və saxlanma şəraiti hər zaman diqqət mərkəzindədir.

Balıq həm zülal, həm də D vitamini, fosfor və kalsiumla zəngin qida məhsulu kimi sağlamlıq baxımından əvəzolunmaz sayılır. Mütəxəssislər müntəzəm balıq istehlakının ürək-damar xəstəlikləri riskini azaltdığını bildirirlər. Bəs bazarlarda satılan balıqlar nə dərəcədə təhlükəsizdir? Qiymətlər hansı səviyyədədir və sanitar qaydalara əməl olunurmu?

Bu və digər suallara aydınlıq gətirmək üçün Nizami rayonunda yerləşən bazarların birində balıq satışı və qiymətləri ilə maraqlandıq.

Bazar əvvəlki illərlə müqayisədə aşıb-daşmasa da, piştaxtaların qarşısında alıcıları görmək mümkündür.

Balıq satıcısı Məmməd bildirir ki, hazırda bazarda ən çox tələbat şirin su balıqlarınadır. Onun sözlərinə görə, xanı balığının kilosu ölçüsündən asılı olaraq 6–8 manat, belamur və sazan balığı da 6–8 manat, forel balığı isə 13–15 manat arasında dəyişir. Qiymətlərdə ciddi artım yoxdur. Yalnız forelin qiymətində son vaxtlar təxminən 1 manatlıq artım qeydə alınıb, digər balıqlar isə əvvəlki qiymətə satılır.

Məmməd deyir ki, balıqların mənşəyi də alıcılar üçün maraqlıdır. Forel balıqları İrandan gətirilir, belamur, sazan və xanı balıqları isə Balakən rayonundan bazara çatdırılır. Satıcı vurğulayır ki, satılan balıqların hamısı şirin su balıqlarıdır və satışa çıxarılmadan əvvəl müvafiq nəzarətdən keçir.

Satıcının sözlərinə görə, balıqların saxlanma şəraiti məsələsi də diqqət mərkəzindədir. Forel balıqları buzun içində, sərin şəraitdə gətirilir və saxlanılır: “Belamur, sazan və xanı balıqları isə diri vəziyyətdə bazara çatdırılır. Onun sözlərinə görə, bu cür şəraitdə balıqların xarab olma ehtimalı minimumdur: “Burada görürsünüz, balıqlar ya buz aparatının içində saxlanır, ya da diri saxlanılır. Hamısı həkim nəzarətindən keçmiş balıqlardır. Saxlanma qaydalarına əməl edirik. Hər gün məhsullar sağlamlıq kağızı ilə bərabər gətirilir, aidiyyəti qurumların qaiməsi və sertifikatı ilə təqdim olunur. Amma yay fəslində balıqlar küçədə, açıq havada günlərlə saxlanılsa, bu, artıq təhlükəli ola bilər”.

Bazarın ümumi mənzərəsinə gəlincə, satıcılar alıcı sarıdan korluq çəkmir. Onların sözlərinə görə, ətin qiymətinin bahalaşması fonunda balıq almaq istəyənlər çoxalıb. İnsanlar daha münasib və nisbətən sağlam qida kimi balığa üstünlük verməyə çalışırlar. Sadəcə ümumi bahalaşma bazarda əvvəlki sıxlığı vizual olaraq az göstərir.

Bazar alıcılarının da narahatlıqları az deyil. Balıq piştaxtalarının qarşısında dayanan alıcılardan biri deyir ki, seçim etmək getdikcə çətinləşir: “Düzü, hansı balığı alacağıma qərar verə bilmirəm. Deyirlər, balıqların çoxu süni şəkildə yetişdirilir, guya bu da ziyanlıdır. Mən əvvəllər əsasən kütüm balığı alırdım, amma indi demək olar ki, tapılmır. Olanda da qiyməti çox baha olur”.

Alıcı bildirir ki, qarşıdan bayram günlərinin gəlməsi də qiymətlərlə bağlı narahatlığı artırır: “Bayramlar yaxınlaşır, qiymətlər lap qalxacaq. Ona görə də düşünürük ki, indidən alıb soyuducuda saxlayaq”.

Satıcı bazarda kütüm, xəşəm kimi balıqların piştaxtada görünməməsinin səbəbini izah edir: “O balıqlar az gəlir, olanda da qiymətləri baha olur. Ona görə gətirilmir”.

Satıcılar İrandan gətirilən balıqlar haqqında da danışdı: “Bəziləri danışır ki, guya keyfiyyətsizdir. Doğru deyil. İrandan gətirilən balıqlar da yaxşıdır. Baxın, bu forellərə, hamısı İrandan gətirilir, keyfiyyəti yüksək səviyyədədir”.






Xəbərin oxunma sayı : 346




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap