Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Azərbaycanda pasportu olan qoyunların sayı azalıb - SİYAHI

Tarix 12.02.26, 10:47

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 17 min 386 baş damazlıq qoyun və keçi olub.

Yeniavaz.com xəbər verir ki, damazlıq qoyun və keçilərin yarıdan çoxu – 9 min 452-si dişi heyvanlar olub.

Qeyd edək ki, əvvəlki illə müqayisədə damazlıq qoyun və keçilərin sayı 5 min 798 baş və ya 25 faiz azalıb.

Damazlıq qoyun və keçilər ən çox Ağcabədi rayonunda (3 min 50 baş), ən az isə Xəzər rayonunda (68 baş) saxlanılır.

Azərbaycanda damazlıq qoyun və keçilərin saxlanıldığı rayonlar aşağıdakı kimi olub:
Ağcabədi rayonu – 3 050 baş;
Tovuz rayonu – 2 780 baş;
Neftçala rayonu – 2 355 baş;
Saatlı rayonu – 2 068 baş;
Ağdam rayonu – 1 773 baş;
Zərdab rayonu – 1 496 baş;
Beyləqan rayonu – 1 109 baş;
Ağdaş rayonu – 815 baş;
Lerik rayonu – 358 baş;
Xəzər rayonu – 68 baş.

Məlumat üçün bildirək ki, “Damazlıq heyvandarlıq haqqında” Qanuna görə damazlıq heyvanlar mənşəyi məlum olan, dövlət damazlıq kitabında qeydə alınmış və damazlıq pasportu (şəhadətnaməsi) verilmiş, yüksək məhsuldar, təkrar istehsala yararlı və yaxşılaşdırıcı cins heyvanlardır.



Xəbərin oxunma sayı : 1204




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap