Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Kamran Əliyev tələbələrə mühazirə keçdi - FOTOLAR

Tarix 14.03.26, 12:06

Font ölçüsü : - / +
bitmap-img6


Martın 13-ü Baş prokuror Kamran Əliyev tərəfindən Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq fakültəsinin tələbə və professor-müəllim heyəti üçün “Rəqəmsal dövrdə sübutetmə: Klassik qaydalar və müasir çağırışlar” mövzusunda mühazirə keçirilib.

AzFakt.com xəbər verir ki, mühazirə zamanı dövlət və hüquq sistemi kontekstində sübutetmənin rolu, cəmiyyətin təkamülü fonunda sübut anlayışının hüquqi mahiyyəti barədə məlumat verilib. Eyni zamanda cinayət-prosessual hüquqda sübutlara dair əsas nəzəriyyələr, sübutların prosessual forması və kriminalistik xüsusiyyətləri, eləcə də sübutetmənin mahiyyəti və strukturu geniş şəkildə izah olunub.

Tədbir çərçivəsində nəzəriyyə və təcrübəyə istinad edilməklə sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsi mexanizmləri, onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü məsələləri vurğulanıb. Bununla yanaşı, sübutların qiymətləndirilməsinə dair xarici ölkələrin təcrübəsi və beynəlxalq məhkəmələrin presedentləri barədə də məlumat verilib.

Mühazirədə sübutetmə yükü və prosessual subyektlər, sübutetmə yükü ilə təqsirsizlik prezumpsiyası arasındakı qarşılıqlı əlaqə, buna dair beynəlxalq Konvensiyaların tələbləri, beynəlxalq təcrübə və hüquq doktrinaları da diqqətə çatdırılıb.

Baş prokuror həmçinin rəqəmsallaşma şəraitində sübut anlayışının transformasiyası, rəqəmsal sübutların xüsusiyyətləri, onların prosessual təminatları, hüquqi dövlət prinsipi ilə rəqəmsal transformasiya arasında balansın qorunması və institusional yanaşmanın əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Beynəlxalq hüquqi tənzimləmə çərçivəsində həmçinin Budapeşt Konvensiyası və Hanoy Konvensiyası kimi sənədlərin əhəmiyyətinə toxunulub, xüsuilə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə rəqəmsallaşma və rəqəmsal sübutlarla bağlı edilmiş əlavə və dəyişikliklər barədə məlumat verilib.

Sonda mövzu ətrafında dinləyiciləri maraqlandıran suallar cavablandırılıb və tələbələrlə fikir mübadiləsi aparılıb.






Xəbərin oxunma sayı : 514




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap