Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Bu qurumda xanım işçilər bir-birinə xəsarət yetirdi - Məhkəmə qərar verdi

Tarix 14.03.26, 15:02

Font ölçüsü : - / +
bitmap-img6


Səhiyyə Nazirliyinin Pirallahı rayon Gigiyena və Epidemiologiya Mərkəzində xanım işçilər arasında dava baş verib.

Qaynarinfo-nun məlumatına görə, insident mərkəzin kadr üzrə mütəxəssisi (operator) vəzifəsində çalışan iki əməkdaş arasında yaşanıb. Hadisə 8 ildir sözügedən qurumda çalışan, 1993-cü il təvəllüdlü İ.H. ilə 5 ildir burada işləyən, 1999-cu il təvəllüdlü A.M. arasında baş verib.

Bildirilir ki, İ.H. ilə A.M.-nin eyni qurumda çalışan bacısı L.M. şəxsi münasibətlər zəminində 2025-ci il dekabrın 29-dan küsülü olublar. Bir neçə gün əvvəl İ.H. ilə L.M. arasında yenidən mübahisə yaranıb.

Bu vəziyyətdən əsəbiləşən A.M. İ.H. ilə mübahisəyə qoşulub və tərəflər arasında dava düşüb. Nəticədə İ.H. başın küt travması, sol saidin və sağ baldırın sıyrıqları, həmçinin sağ budun qançırı ilə xəsarət alıb. A.M.-də isə sağ saidin qançırı, sol əlin və sol mil-bilək oynağının sıyrıqları qeydə alınıb. Məlumata görə, tərəflər bir-birlərinin saçından tutaraq xəsarət yetiriblər.

Hadisə ilə bağlı hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə ayrı-ayrılıqda baxılıb.

Bir-birindən şikayətçi olan xanımlar inzibati xətanı törətməkdə təqsirli biliniblər və məhkəmənin qərarı ilə onların hər biri 300 manat məbləğində cərimə olunub.



Xəbərin oxunma sayı : 358




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap