“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Sabah olimpiadada erməni təxribatı gözlənilir - Nə edəcəklər?

Tarix 14.02.26, 12:57

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Milli Olimpiya Komitəsinin etirazından sonra Beynəlxalq Konkisürmə İttifaqı erməni fiqurlu konkisürmə cütlüyü Karina Akopova və Nikita Raxmaninin olimpiadada “artsax” adlı proqramla çıxışına qadağa qoyması barədə xəbər vermişdik.

Picture background

Azərbaycan MOK-u Beynəlxalq Olimpiya Komitəsinə etiraz edərək bildirib ki, "artsax" termini Ermənistanın uzun illərdir Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə qarşı apardığı qanunsuz və separatçı siyasətin ideoloji mahiyyətini əks etdirir".

"Bu baxımdan, Olimpiya Oyunları kimi beynəlxalq idman tədbiri üçün bu proqram seçimi açıq şəkildə siyasi və ideoloji çalarlara malikdir və Olimpiya dəyərlərinə ziddir", - deyə MOK-un bəyanatında bildirilirdi.

Məsələ Beynəlxalq Konkisürmə İttifaqı tərəfindən araşdırılıb. Qurumun açıqlamasında bildirilirdi ki, vəziyyət bütün tərəflərlə müzakirə olunub, nəticədə musiqinin adının dəyişdirilməsi barədə qərar qəbul edilib. Rəsmi veb saytında artıq "artsax" əvəzinə "Ara Gevorgyanın musiqisi" adlanır.

Erməni nəşrləri isə bu qərardan pərtliklərini gizlətməyə çalışırlar. Məsələn, yazırlar ki, Ara Gevorkyanın üzdəniraq kompozisiyası bu adda beynəlxalq yarışlarda səslənməsi yeni deyil. Belə ki, hələ 2002 Qış Olimpiya Oyunları zamanı rusiyalı fiqurlu konkisürən Aleksandr Abt “Erməni rəqsi” proqramını məhz bu musiqi ilə təqdim etmişdi.

Dörd il sonra, 2006 Qış Olimpiya Oyunları çərçivəsində gürcüstanlı idmançı Elene Gedevanishvili də qısa proqramda bu kompozisiyanın dəyişdirilmiş versiyasından istifadə etmiş və yekunda 10-cu olmuşdu. Sonrakı illərdə bu musiqi müxtəlif beynəlxalq yarışlarda erməni fiqurlu konkisürənlər tərəfindən, həmçinin rusiyalı idmançı Adeliya Petrosyan tərəfindən 2021/22 mövsümündə tətbiq edilib. Erməni fiqurlu konkisürənlər bu musiqi ilə 2025-ci ilin sentyabrında Pekində keçirilən seçmə turnirdə çıxış edərək gümüş medal qazanıblar.

İndi ermənilər pərtliklərini “dəyişiklik formal xarakter daşıyır, rəsmi saytda kompozisiya “Artsakh by Ara Gevorkyan” deyil, “Music by Ara Gevorkyan” kimi qeyd edilib” deyə, izlahlarla gizlətməyə çalışırlar.

Picture background

Musavat.com xəbər verir ki, erməni cütlüyün qısa proqram çıxışı sabah- fevralın 15-nə planlaşdırılıb. İstisna deyil ki, ermənilər öz ağıllarınca “revanş” götürmək üçün həmin çıxış zamanı vaxtilə qondarma qurumun “bayrağını” qaldırsanlar və s.

Olimpiadanın keçirildiyi İtaliyada erməni lobbisi əsasən diaspor təşkilatları, kilsə strukturları, mədəniyyət assosiasiyaları və akademik-informasiya şəbəkələri vasitəsilə fəaliyyət göstərir. Bu lobbi digər Qərb ölkələrindəki kimi güclü olmasa da, yarışların keçirildiyi Milanda müəyyən təsir imkanlarına malikdir.



Xəbərin oxunma sayı : 364




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap