“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm...“

Tarix 18.02.26, 14:10

Font ölçüsü : - / +
bitmap-img6


Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən tanınmış klinikaların birində xanım həkimin qapısını zorla açan şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 1986-cı ildə Bakı şəhərində anadan olmuş V.M. barəsində İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 535.1 və 510-cu maddələri protokol tərtib edilib, işə məhkəmədə baxılıb. 

Məlum olub ki, təqsirləndirilən şəxs klinikanın ikinci mərtəbəsində nevropotoloq kimi fəaliyyət göstərən qadın həkimin qapısını zorla açmağa çalışaraq, onu təhdid edib. Daha sonra həmin şəxs klinikanın dəhlizində uca səslə nalayiq ifadələr işlədib, işçiləri təhqir edib. 

Barəsində inzibati xəta haqqında icraat aparılan V.M. məhkəmə iclasında özünü təqsirli biləməyərək qeyd edib ki, həkimi uşaq vaxtından tanıyır və onu sevir. Onunla "Instagram"da danışarkən xəstə olduğunu öyrənib və nəvaziş göstərmək məqsədilə işlədiyi klinikaya gedib. Həkimin qapısını döyüb və bu zaman mühafizəçi onu saxlayaraq, xidməti otağa aparıb. Həkimin onu çağırdığını bildirərək, ictimai qaydanı pozmadığını deyib. O, anasının xəstə olduğunu bildirib və məkəmədən yüngül inzibati tənbeh verilməsini xahiş edib. 

Məhkəmənin hökmü ilə V.B. İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xətaya görə barəsində 20 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunub. 



Xəbərin oxunma sayı : 286




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap