“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Sabah”ın prezidenti ilə bağlı şok iddia: Hakimlərə təzyiq edir?

Tarix 20.02.26, 22:34

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində keçirilən “Qəbələ” - “Sabah” oyunu (0:1) böyük rezononas doğurdu...

Buna səbəb oyunun 87-ci dəqiqəsində ev sahiblərinin aşkar qolunu qeydə almaması oldu.

Top cərimə meydançasında “Sabah” komandasının iki futbolçusunun əlinə dəysə də, VAR epizoda baxdıqdan sonra baş hakim Rauf Cabarovu monitora dəvət edib. Bundan sonra “Qəbələ”nin Prins Ovusu tərəfindən vurulmuş qolu hesaba alınmayıb.

Bundan sonra oyun və qərar ətrafında mətbuatda və sosial şəbəkələrdə xeyli müzakirə aparılıb və ortaya cidi iddialar atılıb.

Hakimlərin mübahisəli qərarına səbəb kimi “Sabah”ın prezidenti Maqsud Adıgözəlovun adı göstərilib. Buna səbəb funksionerin AFFA-nın İcraiyyə Komitəsində yer almasıdır. Adıgözəlovun vəzifəsindən sui-istifadə edərək hakimləri təzyiqdə saxladığı, onların qərarlarına təsir edəcək addımlar atdığı vurğulanıb. Hakimlər Komitəsi Rəhim Həsənovun məhz onun təsiri ilə təyin edildiyi bildirilir.

Maqsud Adıgözəlovun VAR qərarlarına da müdaxilə etdiyi, hətta VAR otağına girdiyi iddia olunub. Bütün bunların fonunda hakimlər tərəfindən “Sabah”ın lehinə olan qərarlar verilir. Nəticədə “Qəbələ” kimi klubların haqqına girilir. Bu kimi qalmaqallı halların əvvəlki turlarda qeyd alındığı da vurğulanır. Bu addımların “Sabah”ın çempion olması üçün atıldığı qeyd olunur.

İddialarla bağlı klubun mövqeyini öyrənmək istəsək də, bu mümkün olmayıb. Klubun mətbuat xidməti Publika.az-ın sorğularını cavabsız qoyub.




Xəbərin oxunma sayı : 772




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap