“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Ağcabədidə kuryoz hadisə - 22 yaşlı qız onu qaçırmaq istəyəni bıçaqlayıb

Tarix 26.02.26, 16:08

Font ölçüsü : - / +
bitmap-img6


Ağcabədidə 22 yaşlı qızı zorla qaçırmaqda ittiham olunan qohumların məhkəməsi keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə ilə bağlı qaçırılan qızla evlənmək istəyən Xəyal Quliyev (bütün adlar şərtidir), əmisi oğlu Tahir, yeznəsi Rafiq və bibisi Sevda mühakimə edilib. Mühakimə zamanı bibidən başqa qohumların hamısı həbsə olub.

Cinayət işi materiallarında bildirilib ki, kəndlərdən birinin sakini 24 yaşlı Xəyal qonşu kənddə yaşayan Mədinə ilə evlənmək istəsə də, nə qız, nə də ailəsi razılıq verib. Buna baxmayaraq o, fikrindən dönməyib və sevdiyi qızı qaçırmaq qərarına gəlib.

Qohumlar birlikdə plan qurduqdan sonra qızı qaçırmaq üçün Rafiqin avtomobili ilə qonşu kəndə üz tutublar. Mədinə evdən küçəyə çıxan vaxt Xəyal onu zorla maşına doğru aparıb.

Ən maraqlısı isə budur ki, Mədinə özünü qorumaq üçün üstündə bıçaq gəzdirirmiş. Xəyal onu maşına doğru aparmaq istəyəndə qız bıçağı qəfil çıxarıb ona xəsarət yetirib. Oğlan yüngül xəsarət alsa da, qızı qaçırmaq fikrindən daşınmayıb və qohumlarının köməkliyi ilə istəyinə nail olub.

Hadisədən bir az keçəndən sonra Mədinənin valideynləri polisə şikayət edib, qızlarının qaçırıldığını deyiblər. Məlumat daxil olandan qısa müddət sonra polis əməkdaşları qaçırılan qızı Xəyalın qohumunun evində tapıblar. Mədinə ailəsinə təhvil verilib, bibi istisna olmaqla onu qaçıranların hamısı həbs edilib.

Qız qaçıran dəstənin işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Təqsirləndirilən şəxslərin hamısı əməllərindən peşman olduqlarını deyib, zərərçəkmiş tərəfdən üzr istəyiblər. Qaçırılan qız və valideynləri də təqsirləndirilənləri bağışlayıb. 

Hakimlər tərəflər arasında barışıq əldə edilməsini, müttəhimlərin əməllərindən səmimi peşmanlıq çəkmələrini nəzər alıb.

Hökmə əsasən, adam oğurluğunda təqsirli bilinən qohumların hamısına şərti cəza verilib. Xəyal, Tahir və Rafiq məhkəmə zalında həbsdən azad ediliblər. Cinayətdə iştirak edən bibi barəsində əvvəlcədən “polis nəzarətinə vermə”qətimkan tədbiri seçildiyindən digərləri kimi cəzasını şərti çəkəcək.



Xəbərin oxunma sayı : 313




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap