“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Çin vətəndaşlarını İranı tərk etməyə çağır - Azərbaycanı da çıxış istiqaməti göstərir...

Tarix 01.03.26, 14:09

Font ölçüsü : - / +
bitmap-img6


Çinin Xarici İşlər Nazirliyi ABŞ və İsrailin İrana qarşı endirdiyi zərbələrlə bağlı narahatlığını ifadə edib və dərhal atəşkəsə çağırıb. Nazirlik bütün tərəfləri gərginliyi artıracaq addımlardan çəkinməyə, dialoq və danışıqlara qayıtmağa səsləyib.

Bəyanatda bildirilib ki, İranın suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünə hörmət edilməlidir.

Bazar günü isə Çinin İsraildəki səfirliyi İsraildə yaşayan Çin vətəndaşlarına ölkə daxilində daha təhlükəsiz ərazilərə köçməyi və ya Misir istiqamətində Taba sərhəd-keçid məntəqəsi vasitəsilə ölkəni tərk etməyi tövsiyə edib.

Eyni zamanda, Çin XİN İranda olan vətəndaşlarını da “mümkün qədər tez” ölkəni tərk etməyə çağırıb və quru yolları ilə Azərbaycan, Ermənistan, Türkiyə və İraq istiqamətlərini göstərib.

Bazar günü Çinin dövlət xəbər agentliyi Sinxua hücumu tənqid edərək bunu “suveren dövlətə qarşı açıq aqressiya” və “güc siyasəti və hegemonluq” adlandırıb. Agentlik bildirib ki, Vaşinqtonun hərbi təzyiqdən istifadə etməsi BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin “kobud şəkildə pozulmasıdır” və beynəlxalq münasibətlərin əsas normalarından kənara çıxmadır.

Bundan əlavə, Honq-Konq mərkəzli aviaşirkət operatoru Cathay Group bölgədə artan gərginliyi əsas gətirərək Yaxın Şərq istiqamətində əməliyyatları dayandırdığını açıqlayıb. Qərar Dubay və Ər-Riyad istiqamətində sərnişin reyslərinə, eləcə də Dubaydakı Al Maktoum Beynəlxalq Hava Limanı üzərindən həyata keçirilən yük daşımalarına şamil olunub.



Xəbərin oxunma sayı : 436




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap