Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“ Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO
Axtar
 
  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

Azərbaycana ərzaq məhsullarının idxalı niyə artır? - Hökumət səbəbləri açıqladı

Tarix 13.03.26, 12:21

Font ölçüsü : - / +
bitmap-img6


Hökumət Azərbaycana ərzaq məhsullarının idxalının artmasının səbəblərini açıqlayıb.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Qeyd edilib ki, 2025-ci ildə Azərbaycanın kənd təsərrüfatı və emalı məhsulları üzrə ixracında artım müşahidə edilib. Bununla yanaşı, yeyinti məhsulları üzrə ölkəmizin idxalı 2025-ci ildə 2024-cü illə müqayisədə 4,7% artıb.

Bildirilib ki, ölkəyə ərzaq məhsullarının idxalının artmasının müxtəlif növ məhsullar üzrə fərqli səbəbləri olsa da, ərzaq məhsullarına tələbatın artması, kənd təsərrüfatı üzrə istehsal resurslarının (torpaq, su və s.) məhdud olması, iqlim dəyişikliklərinin təsiri, kənd təsərrüfatında xırda təsərrüfatların çoxluğu və s. səbəblərdən intensiv təsərrüfatçılığa keçidin sürətli baş verməməsi, bu səbəbdən məhsuldarlığın aşağı olması və yerli istehsalın artan tələbinin tam şəkildə ödənilməməsi, müvafiq yerli məhsulların istehsal xərclərinin idxal məhsulları ilə müqayisədə daha yüksək olması idxalın artmasını şərtləndirən əsas səbəblərdən hesab edilir.

Nəzərə çatdırılıb ki, 2022-2025-ci illərdə idxalda artım əsasən diri heyvanlar və heyvandarlıq məhsulları üzrə olub. Belə ki, 2022-ci ilə nisbətən 2025-ci ildə dəyər ifadəsində diri iribuynuzlu heyvanların (safqanlı istisna olmaqla) idxalı 3,7 dəfə, diri qoyunların idxalı 2,1 dəfə, iribuynuzlu və xırdabuynuzlu heyvan əti 2,8 dəfə, kərə yağı 1,6 dəfə artıb. Kənd təsərrüfatı və ərzaq məhsullarının idxalında yuxarıda qeyd edilən məhsulların payı 2025-ci ildə 11,4% olub. Bu dövrdə kənd təsərrüfatı və emal məhsullarının ixracı 33,6% artaraq 1524,0 mln. ABŞ dolları, o cümlədən meyvə ixracı 47,9% artaraq 663,5 mln. ABŞ dolları olub.

2024-cü ilin statistik məlumatlarına əsasən dənlilər (çəltik istisna olmaqla) üzrə özünütəminetmə səviyyəsi 68,4%, buğda üzrə 56,1%, kartof üzrə 88,8%, bütün növ tərəvəzlər üzrə 105,8%, bostan məhsulları üzrə 101,7%, meyvə və giləmeyvə üzrə 128,5%, bütün növ ət və ət məhsulları üzrə 83,4%, süd və süd məhsulları üzrə 83,9%, yumurta üzrə isə 103,7% olub.

Heyvandarlıq məhsulları istehsalının təşviqi məqsədilə dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsinin nəticəsi olaraq, 2024-cü ildə ümumi subsidiya və güzəştlərin 5,9%-i və ya 27,7 mln. manatı heyvandarlıq istiqamətli olub. 2025-ci ildə dəstək tədbirləri davam etdirilmiş və il ərzində süni mayalanma yolu ilə doğulan 98,5 min baş buzova (balağa) görə 46,3 min nəfər heyvan sahibinə 9850,9 min manat, 1964 kümçüyə təhvil verdikləri 179,24 ton yaş baramaya görə 1075,5 min manat məbləğində subsidiya ödənilib.

Həmçinin qeyd olunan dövrdə müvəkkil kredit təşkilatlarından daxil olmuş 157 müraciət üzrə 5574 baş damazlıq heyvanın (5074 baş iribuynuzlu, 500 baş xırdabuynuzlu) alışının maliyyələşdirilməsi məqsədilə 21,3 mln. manat məbləğində güzəşt vəsaiti ayrılıb:

İdxalın artımına təsir edən digər əsas amillərdən biri də yerli məhsulların maya dəyərinin idxal məhsullarla müqayisədə əksər hallarda daha baha olması hesab edilir. Heyvandarlıqda və quşçuluqda xərclərin, xüsusilə də yem xərclərinin bahalaşması yerli məhsulun maya dəyərinin artmasına və nəticədə istehsalçı qiymətlərinin artmasına səbəb olur. Belə ki, iri heyvandarlıq və sənaye quşçuluğunun əsas yem komponenti olan soya paxlalılarının idxal qiyməti 2024-cü ildə 2020-ci ilə nisbətən 18,5%, soya şrotunun idxal qiyməti isə 28,3% bahalaşıb. 2025-ci ildə isə 2020-ci ilə nisbətən soya paxlalılarının idxal qiyməti 1,9%, soya şrotunun idxal qiyməti isə 4,9% bahalaşıb.

Eyni zamanda vurğulanıb ki, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetma səviyyəsinin yüksəldilməsi ölkədə həyata keçirilən sosial-İqtisadi siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Aqrar sahədə aparılan islahat tədbirlərinə uyğun olaraq işğaldan azad edilmiş ərazilərdən yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ilə bağlı tələb olunan əlavə xərclər də nəzərə alınmaqla, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 2025-ci ilin dövlət büdcəsində 512,4 mln. manat, 2026-cı ildə isə 512,7 mln. manat vəsait proqnozlaşdırılıb. Ölkədə aqrar sahə üzrə göstərilən dövlət dəstəyi tədbirləri, o cümlədən hesabat ilində fermerlərə subsidiyaların verilməsi üçün tətbiq edilmiş yeni mexanizmə uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin, məhsul, toxum, heyvan və barama subsidiyalarının verilməsi davam etdirilib. 2025-ci ildə ilkin statistik məlumatlara əsasən əkin və çoxillik əkmələrin strukturunda dənli və dənli paxlalı bitkilərin payı təqribən 53,1% olmuşdur. Yüksək əlavə dəyər yaradan meyvə və giləmeyvə sahəsi 4,3 min hektar artsa da, bu əsasən yeni salınan bağlar hesabına olub. Yeni salınan bağların isə təqribən növbəti 4 ildə məhsul istehsalına təsir edəcəyi gözlənilir: “2024-cü ildə yeni salınan meyvə və giləmeyvə bağlarının 7,8 min hektar olması müqabilində ümumi bağların 4,3 min hektar artması onu göstərir ki, 3,5 min hektar köhnə bağlar sıradan çıxıb. Bu da öz növbəsində istehsalın artım sürətinə təsir edən faktorlardan biridir. Beləliklə, daha aşağı əlavə dəyər yaradan taxıl bitkiləri hesabına əkin sahəsinin artması səbəbindən bitkiçilik məhsulları istehsalında artım tempi 2024-cü ildə əvvəlki ilə nəzərən 1,1% təşkil etmişdir. 2025-ci ildə 2024-cü illə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,9%, o cümlədən bitkiçilik məhsullarının istehsalı 1,5%, heyvandarlıq məhsullarının istehsalı isə 0,3% artıb”.
O da nəzərə çatdırılıb ki, kadr potensialının gücləndirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi üzrə 2025-ci ildə işə yeni qəbul olunan əməkdaşlar arasında xarici ölkələrdə təhsil almış, müasir bilik və bacarıqlara malik, habelə aqrar sahə üzrə kifayət qədər iş təcrübəsi olan yüksək ixtisaslı mütəxəssislər üstünlük təşkil edib: “Potensialı yüksək olan əməkdaşların aşkar edilməsi və onların karyera inkişafına şərait yaradılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi və Yüksəliş İctimai Birliyi tərəfindən “ÜFÜQ” müsabiqəsi keçirilmiş və müsabiqədə 30 nəfər qalib müəyyən edilərək mentorluq proqramına cəlb edilib. Hesabat ilində 13 əməkdaş Koreya Beynəlxalq Əmək-daşlıq Agentliyi tərəfindən təşkil edilən "Kənd yerlərinin inkişafı üzrə Koreya təcrübəsi” adlı təlim proqramında İştirak etmiş, 1 əməkdaş Koreya Beynəlxalq Əməkdaslıq Agentliyinin (KOICA) magistr proqramı çərçivəsində keçirdiyi müsahibədə müvəffəqiyyət qazanaraq, Koreya Respublikasının "Kyungpook" Milli Universitetində aqrar təhsil almağa başlayıb. Ümumilikdə sahə üzrə 27 əməkdaş beynəlxalq seminarlarda, 2 əməkdaş beynəlxalq Sertifikatlaşdırma Modulunda, 12 əməkdaş təcrübənin öyrənilməsi səfərlərində, 23 əməkdaş isə müxtəlif mövzularda təlimlərdə iştirak edib”.



Xəbərin oxunma sayı : 361




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap