Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“ Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO
Axtar
 
  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

Xəyalə İsmayılova necə ixtisaslaşmış estetik həkim Məryəm Həsənzadə oldu? - DETALLAR

Tarix 13.03.26, 16:14

Font ölçüsü : - / +
bitmap-img6


Trio: Xəyalə İsmayılova, Orxan Nağızadə və….: Qanunsuz əməllərin himayəçisi kimdir?..

Yenidən eyni əməllər eyni şikayətlər

Son dövrlər sosial şəbəkələrdə vasitəsilə həyata keçirilən qanunsuz estetik əməliyyatlarla bağlı yeni iddialar gündəmə gəlib.

Xalq-a daxil olan məlumata görə, əvvəllər də müxtəlif şikayətlərlə gündəmə gələn Xəyalə İsmayılova yenidən estetik əməliyyatlar həyata keçirməkdə ittiham olunur.

İddialara əsasən, Xəyalə İsmayılova hazırda Bakıxanov qəsəbəsində yerləşən “NovoMed” klinikasının zirzəmisində qeyri-qanuni şəkildə estetik əməliyyatlar aparır. Halbuki rəsmi məlumatlara görə onun müvafiq ali və ya orta ixtisas tibbi təhsili, həmçinin praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsi yoxdur.

Məlumata görə, bədən şəkilləndirmə, üz gərmə və digər estetik prosedurlar üçün pasiyentlər əsasən “nmedestetik” “TikTok” platformasında yerləşdirilən elanlar vasitəsilə cəlb olunur. Pasiyentlərlə ilkin əlaqəni isə Orxan adlı şəxs qurur. O, müxtəlif vədlərlə insanları əməliyyata razı salır və onlardan ödəniş alır.

Belə hallardan birində pasiyentə burun kiçiltmə əməliyyatı üçün 450 manat ödəniş etməsi təklif olunur. Pasiyent həkimin kim olduğunu soruşduqda ona əməliyyatı ixtisaslaşmış estetik həkim Məryəm Həsənzadənin həyata keçirəcəyi bildirilir. Lakin əməliyyat günü pasiyent “NovoMed” klinikasına gəldikdə qarşısında sosial şəbəkələrdə saxta estetik əməliyyatlarla bağlı ifşa olunan Xəyalə İsmayılovanı görür. Bu vəziyyətdən şübhələnən pasiyent əməliyyatdan imtina edərək ödəniş etdiyi məbləğin geri qaytarılmasını tələb edir.

( Videoda pasiyentlə 0705280520 telefon nömrəsi ilə Orxan adlı şəxs yazışır və həkimin Məryəm Həsənzadə olduğunu “Novomed” klinikasının konumunu  bildirir)

Qeyd edək ki, bundan əvvəl də oxşar hadisə mediada geniş müzakirə olunub. Belə ki, ARB televiziyasında yayımlanan süjetdə Cəmalə Rüstəmova adlı vətəndaşın həkim savadsızlığının qurbanı olduğu bildirilirdi. O, “TikTok”da gördüyü reklama inanaraq 400 manat qarşılığında əməliyyat üçün Xəyalə İsmayılova klinikaya müraciət edib. Bir müddət sonra isə bədənində ciddi fəsadlar, hətta çürümələr yarandığı qeyd olunub.

Zərərçəkən məsələ ilə bağlı Bakı şəhər Prokurorluğuna və Səhiyyə Nazirliyinə müraciət edib. Nəticədə Xəyalə İsmayılovanın rəhbərlik etdiyi klinikanın bağlandığı bildirilib. Lakin iddialara görə, o, fəaliyyətini qeyri-rəsmi şəkildə davam etdirərək sosial şəbəkələr vasitəsilə pasiyent toplamaqda davam edir.

Xalq-ın əldə etdiyi məlumatda bildirilir ki, əməliyyat üçün ödənişlər “card to card” üsulu ilə həyata keçirilir və vəsait 5008-lə bitən bank kartına köçürülür. Məkan kimi isə Bakxanov qəsəbəsində yerləşən “NovoMed” Tibb Mərkəzi göstərilir.


Məsələ ilə bağlı “NovoMed” klinikasının səlahiyyətlisi kimi özünü təqdim edən Elçin Mehdiyev bildirib ki, Xəyalə İsmayılova həmin klinikada çalışmır və bu barədə onların məlumatı yoxdur. Onun sözlərinə görə, klinika həmin məkanda yeni fəaliyyətə başlayıb və yaxınlıqda başqa bir obyekt də mövcuddur.

Lakin bir müddət sonra Orxan adlı şəxs əlaqə saxlayaraq özünü Xəyalə İsmayılovanın köməkçisi kimi təqdim edib. O bildirib ki, Xəyalə İsmayılova əməliyyat etmir və yalnız vasitəçi kimi estetik əməliyyat etdirmək istəyən şəxsləri yönləndirir. Həmin şəxs iddia edib ki, “NovoMed” klinikası Xəyalə İsmayılovanın anasına məxsusdur, lakin əməliyyatları başqa həkim həyata keçirir.

Açıklama yok.

Pasiyentin əməliyyat zamanı Xəyalə İsmayılovanı görməsi ilə bağlı suala isə Orxan adlı şəxs aydın cavab verməkdən yayınıb. Daha sonra isə özünü Orxan Nağızadə kimi təqdim edən şəxs telefon vasitəsilə əməkdaşımıza təhdid və şantaj xarakterli səs yazısı göndərib.

Qeyd edək ki,  Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyasında deyilə Məryəm Həsənzadənində adı  belə yoxdur

Orxan adlı şəxsin sosial platformalarda açdığı və pasiyentlərlə əlaqəyə keçərək cəlb etdiyi səhifələri təqdim edirik:

Həmçinin iddialara görə heç bir ali tibbi təhsili olmayan Orxan Nağızadə adlı şəxsdə saç simulyasiyası və buxaq estetik prosedurları icra edir.

Əldə olunan yazışmalarda qeyd olunur ki, 450 manat qarşılığında əməliyyatı Məryəm adlı həkim həyata keçirəcək. Ödəniş edildiyini təsdiqləyən qəbz və yazışmalar da mövcuddur. Lakin əməliyyat zamanı Xəyalə İsmayılovanın ortaya çıxması suallar yaradır: bütün bunlar təsadüfdür, yoxsa vətəndaşlar üçün qurulan bir tələ?

Hazırda mediada yayılan məlumatlar və videogörüntülər əsasında Baş Prokurorluqda araşdırma aparıldığı bildirilir.

Ümid edirik ki, hüquq-mühafizə orqanları bu iddiaları hərtərəfli araşdıraraq qanunsuz fəaliyyətlə bağlı lazımi tədbirlər görəcək.

Araşdırma davam edir. Məsələ ilə bağlı adı çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

 



Xəbərin oxunma sayı : 364




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap