Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Yaxın Şərqdə döyüş əməliyyatlarına qoşulmağa hazırıq“ - Husilərin lideri

Tarix 27.03.26, 10:07

Font ölçüsü : - / +
bitmap-img6


Husilərin lideri Abdul-Malik əl-Husi bildirib ki, onların "Ənsar Allah" qruplaşması zərurət yaranacağı halda regionda döyüş əməliyyatlarına qoşulmağa hazırdır.

Bu barədə "Al Jazeera" məlumat yayıb.

"Vəziyyətin ən kiçik inkişafı hərbi cavab tələb edərsə, əvvəlki mərhələlərdə olduğu kimi, biz tərəddüdsüz müdaxilə edəcəyik", - deyə o qeyd edib.

Fevralın 25-də İranın "Tasnim" agentliyi bildirib ki, yeni hücumlar baş verəcəyi təqdirdə İran dünya ticarəti üçün mühüm əhəmiyyət kəsb edən Bab əl-Məndəb boğazında gəmiçiliyə təhlükə yarada bilər. ABŞ Nəqliyyat Nazirliyi isə husilərin bu boğazda hücumları bərpa edə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

"2025-ci ilin oktyabrında İsrail ilə HƏMAS arasında əldə olunan atəşkəs razılaşmasından sonra husi qruplaşması kommersiya gəmilərinə hücum etməsə də, onlar regionda ABŞ aktivləri, o cümlədən ticarət gəmiləri üçün hələ də təhlükə yaradır", - deyə bəyanatda bildirilir.

Agentlik xatırladır ki, bu boğaz vasitəsilə Səudiyyə Ərəbistanı nefti Qırmızı dənizdə yerləşən Yanbu əl-Bahr limanında tankerlərə yüklənərək daşınır və bununla da Hörmüz boğazının mümkün blokadasından yan keçilir.



Xəbərin oxunma sayı : 316




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap