Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Azərbaycanın 7 universiteti nüfuzlu reytinqdə - BDU ilk 100-lükdə

Tarix 25.03.26, 16:33

Font ölçüsü : - / +
bitmap-img6


Cari ilin “QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə ilk dəfə Azərbaycanın 7 universiteti 22 sahə üzrə təmsil olunub və Bakı Dövlət Universiteti sözügedən reytinqdə ilk dəfə top 100-lüyə daxil olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2026-cı ildə reytinqə daxil olan Azərbaycan universitetlərinin sayı təxminən iki dəfə, təmsil olunduğu sahələrin sayı isə dörd dəfə artıb.
Reytinqin cari buraxılışında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dillər Universitetinin nəticələri daha da yaxşılaşıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti sözügedən reytinqdə bu il yenidən yer alıb. Digər 3 universitetimiz isə (Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Texniki Universiteti) ilk dəfə bu reytinqə daxil olublar.
Qeyd edək ki, Azərbaycan müvafiq reytinqdə yer alan Cənubi Qafqaz regionunun yeganə ölkəsidir.

Cari ildə Azərbaycan universitetlərinin mövqeyinin faizlə dəyişmə dinamikası Türkiyə, Qazaxıstan və Özbəkistan ilə müqayisədə daha yüksəkdir.
Dünyanın 100-dən artıq ölkəsi üzrə 1900-dək ali təhsil müəssisəsinin və 21000-dən çox təhsil proqramının qiymətləndirildiyi bu reytinq 5 geniş sahəni və 55 fənni əhatə edir. Qiymətləndirmə zamanı 5 indikator (akademik nüfuz, işəgötürənlər arasında nüfuz, məqalə üzrə istinad sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq indeksi) nəzərə alınır.



Xəbərin oxunma sayı : 163




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap