Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“TəhsilPlus“ kartının xidmətləri artırılacaq - Rəsmi açıqlama

Tarix 25.03.26, 16:00

Font ölçüsü : - / +
bitmap-img6


““TəhsilPlus” kartı müxtəlif funksiyaları özündə birləşdirən kartdır və eyni zamanda əməkhaqqı kartı, debet kartı və təhsil müəssisələrinə giriş vasitəsi kimi istifadə oluna bilər”.

Bunu “Azərbaycan müəllimi”nə Təhsilin İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Xanım Daşdəmirova deyib.

Onun sözlərinə görə,  bu kart vasitəsilə təhsil işçiləri müxtəlif güzəşt və bonuslardan faydalana biləcəklər.

Məsələn, “Birbank” tətbiqi vasitəsilə “BakıKart” QR biletlərinə 10 faiz, kitab və dəftərxana məhsullarına və kinoteatrlara 5 faiz, Bravo mağazalarında QR ödənişlərə 3 faiz, yanacaq doldurma məntəqələri, kafe və restoranlar, həmçinin apteklərdə isə 2 faiz bonus təqdim olunur. İstifadəçilər hər ay bu kateqoriyalardan 5-ni seçmək imkanı əldə edirlər.

Bundan əlavə, istifadəçilər digər tərəfdaş şirkət olan “Mastercard” qlobal ödəniş texnologiyaları şirkətinin “Priceless Specials” proqramı vasitəsilə yerli və beynəlxalq tərəfdaş şəbəkələrində xüsusi endirimlərdən yararlana bilirlər. Eyni zamanda “Digital Pass” texnologiyası vasitəsilə istifadəçilərə yaxınlıqdakı tərəfdaş məkanlarda mövcud endirimlər barədə avtomatik bildirişlər göndəriləcək. 

Gələcək mərhələlərdə layihəyə yeni tərəfdaşların qoşulması və təqdim olunan xidmətlərin daha da genişləndirilməsi planlaşdırılır.



Xəbərin oxunma sayı : 343




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap