Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Azərbaycanda böyrək xəstələrinin sayı niyə çoxalıb? - VİDEO

Tarix 25.03.26, 10:27

Font ölçüsü : - / +
bitmap-img6


Böyrək xəstələrinin sayı ilbəil artır. Hətta onların arasında yeni doğulmuş və yetkinlik yaşına çatmayan uşaqlar da var. 2011-ci ildən bu günə qədər 56 uşağa böyrək köçürmə əməliyyatı həyata keçirilib. Bunlardan ən kiçiyinin 4 yaşı var.

Səhiyyə Nazirliyinin mütəxəssisi, həkim nefroloq Hikmət İsmayılovun sözlərinə görə, son illərdə xroniki böyrək xəstəliklərinin gəniş yayılması mütəxəssisləri narahat edir.

Böyrək xəstəliyinin yaranmasında ilk sırada şəkərli diabet əsas yer tutur. Bundan başqa bir sıra xəstəliklər də var ki, böyrəyin funksiyasının zəifləməsinə gətirib çıxarır. Bu xəstəliklərdən əziyyət çəkənlər risk qrupuna daxildirlər.

Hikmət İsmayılov bildirib ki, xroniki böyrək xəstəliyinin törədici səbəbindən, mərhələsindən və inkişaf dərəcəsindən asılı olaraq bəzən xəstədə heç bir şikayət müşahidə olunmaya bilər. Bununla yanaşı, böyrək nahiyəsində ağrılar, tez yorulma, halsızlıq, iştahasızlıq, ödemlər, yüksək arterial təzyiq, ürəkbulanma və qusma kimi əlamətlər də müşahidə oluna bilər. Eyni zamanda narahat ayaqlar sindromu, qaşınma, əzələ qıcolmaları kimi şikayətlər də mümkündür.//Xəzər TV






Xəbərin oxunma sayı : 163




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap