Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Xəzər geri çəkilir: Bakı buxtası ilə bağlı həyəcan siqnalı (FOTO)

Tarix 25.03.26, 13:26

Font ölçüsü : - / +
bitmap-img6


Xəzər dənizinin səviyyəsinin enməsi ilə bağlı narahatedici görüntülər yayılmaqda davam edir.

AzFakt.com xəbər verir ki, son görüntüləri tanınmış memar Elçin Əliyev ictimaiyyətlə bölüşüb.

Memarın sözlərinə görə, dənizdə geri çəkilmə prosesi artıq açıq şəkildə müşahidə olunur və xüsusilə Bakı buxtasında ciddi dayazlaşma baş verir. O bildirib ki, mövcud vəziyyət təkcə lokal problem deyil, daha geniş regional ekoloji böhranın tərkib hissəsidir.

"Əgər nəzərə alsaq ki, Aral dənizi faktiki olaraq yoxa çıxıb, Ürmiyə gölü quruma həddinə çatıb, Azov dənizi yarıya qədər dayazlaşıb, Volqa çayı isə ciddi problemlərlə üz-üzədir — bu fonda heç nə baş vermirmiş kimi davranmaq sadəlövhlükdür”, deyə o vurğulayıb.

Elçin Əliyev hesab edir ki, sürətlə dayazlaşan Bakı buxtasının gələcək taleyi yaxın onilliklər üçün şəhərsalma siyasətinin əsas çağırışına çevrilməlidir. Onun fikrincə, problemə sistemli yanaşma və strateji planlaşdırma tələb olunsa da, bu istiqamətdə indiyədək hər hansı konkret sənəd və ya qərar qəbul edilməyib.

Memar diqqətə çatdırıb ki, belə bir kritik dövrdə məsələnin diqqətdən kənarda qalması xüsusilə narahatlıq doğurur. Belə ki, Dünya Şəhərsalma Forumu kimi beynəlxalq tədbirə cəmi iki aydan az vaxt qalıb, lakin Bakı buxtasının taleyi ilə bağlı hələ də aydın yol xəritəsi yoxdur.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.





Xəbərin oxunma sayı : 349




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap