Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Sayğaca yüklənən pul “yoxa çıxır“? - “Azərişıq“dan abonentlərə cavab - VİDEO

Tarix 29.03.26, 9:40

Font ölçüsü : - / +
bitmap-img6


Gəncədə və ölkənin müxtəlif bölgələrində elektrik sayğaclarına yüklənən vəsaitin tam oturmaması və balansdan əlavə məbləğlərin çıxılması sakinlərin narazılığına səbəb olub. Vətəndaşlar iddia edirlər ki, karta yüklədikləri məbləğlə sayğacda görünən vəsait arasında uyğunsuzluq yaranır.

AzFakt.com ATV-yə istinadla xəbər verir ki, şikayətçilərin sözlərinə görə, əvvəlcədən ödənişli (smart) sayğac istifadə etmələrinə baxmayaraq, hər dəfə balans artırılarkən müəyyən məbləğ tutulur:
"10 manat yükləyirik, 2-3 manat dərhal silinir. Qaynar xəttə müraciət edəndə borc olduğunu deyirlər. Amma biz anlamırıq ki, əvvəlcədən ödənişli sistemdə borc necə yarana bilər?"

Bəzi abonentlər isə işıq sönərkən götürdükləri kreditin ödənişindən sonra da əlavə tutulmaların davam etdiyini bildirirlər.

Məsələ ilə bağlı "Azərişıq" ASC-dən bildirilib ki, tutulmaların əsas səbəbi 2026-cı ilin yanvarından etibarən tətbiq edilən sabit tariflərlə bağlıdır. Qurumun məlumatına görə, proqram təminatındakı təkmilləşdirmələr səbəbindən yanvar ayının sabit tarif ödənişi fevral hesabatı ilə üst-üstə düşüb.



Xəbərin oxunma sayı : 328




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap