Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Hörmüz boğazını o ölkələr özləri gedib açsınlar...“ - Tramp

Tarix 31.03.26, 22:31

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp İranla münaqişə başa çatdıqdan sonra Hörmüz boğazının avtomatik açıla biləсəyini bildirib.

"Report" xəbər verir ki, o, bu barədə "The New York Post"a müsahibəsində vurğulayıb.

Tramp qeyd edib ki, onun fikrincə, İranla müharibə başa çatmaq üzrədir, ABŞ isə hərbi obyektlərə zərbələr endirməyi davam etdirir. Onun sözlərinə görə, Vaşinqton İranın qalan hücum imkanları zərərsizləşdirilənə qədər fəaliyyətini davam etdirəcək.

Hörmüz boğazı ətrafındakı vəziyyəti şərh edən Tramp bildirib ki, İran onu artıq 31 gündür ki, bağlı saxlayır və bu, dünyada enerji daşıyıcılarının qiymətlərinin artmasına gətirib çıxarıb. O əlavə edib ki, onun açılması məsələsi münaqişə bitdikdən sonra avtomatik həll olunacaq.

"Düşünürəm ki, o, avtomatik açılacaq, lakin mənim mövqeyim belədir: mən ölkəni məhv etdim. Onların gücü qalmayıb və qoy bu boğazdan istifadə edən ölkələr özləri gedib onu açsınlar... çünki güman edirəm ki, neftə nəzarət edən kəs boğazı açmaqda çox maraqlı olacaq", - o deyib.



Xəbərin oxunma sayı : 604




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap