Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Bəzi ərazilərdə sürüşmə prosesi aktivləşib - Hansı tədbirlər görülür?

Tarix 01.04.26, 9:36

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxtın Xətai rayonu, Nəsirəddin Tusi küçəsi ilə Gəncə prospektinin kəsişməsindəki torpaq sürüşməsi sakinləri narahat edir.

AzFakt.com Xəzər TV-yə istinadən xəbər verir ki, bir müddət əvvəl eyni ərazidə yol çökmüşdü, hazırda aidiyyəti qurumlar həmin ərazidəki problemi aradan qaldırılmağa çalışır. Bununla belə, yolun digər tərəfində sürüşmə davam edir.

Normadan artıq yağan yağışlar sürüşmənin miqyasını genişləndirib.


Sakinlərin bəziləri deyirlər ki, sürüşmə zonasında yeni binaların tikilmə ehtimalı da var. Burada tikinti aparılsa, digər binalar da sürüşmənin hədəfinə çevriləcək.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyindən bildirilib ki, Operativ Monitorinq Qrupu sürüşmə zonalarında müşahidələr aparır. Artıq Fövqəladə Hallar Nazirliyi ilə birlikdə görülməsi vacib olan qabaqlayıcı tədbirlərin hazırlanmasına başlanılıb.

Monitorinqlər zamanı Xətai rayonunun Zığ və Səbail rayonunun Badamdar qəsəbələrinin ərazilərində sürüşmə proseslərində aktivlik qeydə alınıb. Monitorinqlər davam etdirilir və ilkin məlumatlar əsasında icrası zəruri olan qabaqlayıcı tədbirlərin əsas istiqamətləri müəyyənləşdirilərək müvafiq qurumlara təqdim olunur.

Sürüşmə zonasında tikinti işlərinin həyata keçirilməsi ilə bağlı isə Dövlət Arxitektura və Şəhərsalma Komitəsindən bildirilib ki, Bakı şəhərinin təsdiq olunmuş Baş planına əsasən, sözügedən ərazi yaşayış zonası statusuna malikdir. Bununla belə, həmin ünvan üzrə hər hansı tikinti işlərinin həyata keçirilməsi üçün heç bir icazə sənədi verilməyib. Tikintiyə icazə üçün müraciət edilən zaman bir qayda olaraq mövcud qanunvericiliyin tələblərinə əsasən, bütün aidiyyəti qurumların rəsmi rəyləri, o cümlədən ərazinin geoloji vəziyyəti kimi amillər nəzərə alınaraq qərar qəbul edilir.





Xəbərin oxunma sayı : 382




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap