Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Azərbaycanın büdcə gəlirləri azalıb - Neft isə bahalaşır

Tarix 09.04.26, 19:40

Font ölçüsü : - / +
bitmap-img6


Cari ilin yanvar–fevral aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.

AzFakt.com xəbər verir ki, büdcə gəlirlərinin həcmi həmin dövrdə 6 milyard 311,5 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,32 faiz və ya 426,1 milyon manat azdır. 2025-ci ilin yanvar–fevral aylarında büdcə gəlirləri 6 milyard 737,6 milyon manat olub.

Dövlət büdcəsinin xərcləri də azalıb. Cari ilin yanvar–fevral aylarında xərclərin həcmi 4 milyard 643,1 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,47 faiz və ya 722,9 milyon manat azdır. 2025-ci ilin müvafiq dövründə büdcə xərcləri 5 milyard 366 milyon manat olub.

Qeyd edək ki, yanvar-fevral aylarında büdcə gəlirləri azalsa da, martın əvvəllərindən dünya bazarında Azərbaycanın əsas ixrac məhsulu olan neftin bahalaşması müşahidə olunub. Azərbaycan büdcəsində neftin bir bareli 65 dollardan götürülüb. Hazırkı qiymətlər isə 100 dollar ətrafında dəyişir. Bir müddət neft hətta 140 dollara qədər qalxmışdı.



Xəbərin oxunma sayı : 646




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap