Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Böyük Britaniya Rusiyanı “gizli əməliyyat”da ittiham etdi - Nüvə sualtı qayığı təşviş yaradıb

Tarix 10.04.26, 15:53

Font ölçüsü : - / +
bitmap-img6


Böyük Britaniya hökuməti Rusiyanı Britaniya sularında və ona yaxın beynəlxalq ərazilərdə kritik dənizaltı infrastruktur ətrafında “gizli əməliyyat” aparmaqda ittiham edib.

Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilir.

Məlumata görə, bir neçə həftə əvvəl britaniyalı hərbçilər Arktikanın beynəlxalq sularında Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Akula” sinifli (NATO təsnifatı; layihə 971 “Şuka-B”) nüvə sualtı qayığını aşkar edib. Bildirilib ki, sualtı qayığın hərəkəti daimi nəzarətdə saxlanılıb, lakin Britaniya tərəfinin iddiasına görə, bu fəaliyyət diqqəti yayındırmaq məqsədi daşıyıb. Açıqlamada iddia olunur ki, həmin vaxt Rusiya Müdafiə Nazirliyinin Dərin Sualtı Tədqiqatlar Baş İdarəsinə məxsus digər dəniz qüvvələri “kritik dənizaltı infrastruktur”a qarşı qeyri-qanuni fəaliyyət həyata keçirib.

Britaniya və onun müttəfiqləri, o cümlədən Norveç, Rusiya hərbçilərinə nəzarət edildiyini bildiriblər. Bundan sonra Rusiya tərəfinin əməliyyatı tamamlaya bilmədiyi və geri çəkildiyi qeyd olunub.

Böyük Britaniya müdafiə naziri Con Hili bildirib ki, qlobal diqqət Yaxın Şərqə yönəldiyi bir vaxtda, ölkəsi şimal bölgəsində Rusiya tərəfindən artan təhdidlərə qarşı cavab tədbirləri görüb.

Onun sözlərinə görə, Moskva dənizaltı kabel və rabitə infrastrukturuna qarşı mümkün risk yaradır.

Rusiya tərəfi bu iddialara dair hələlik rəsmi açıqlama verməyib. Britaniya mətbuatının yazdığına görə, son günlərdə Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Admiral Qriqoroviç” freqatı La-Manş boğazından iki sanksiyalı tankeri müşayiət edib. Lakin Britaniya hakimiyyətinin bu gəmiləri saxlamadığı da qeyd olunur.



Xəbərin oxunma sayı : 403




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap