Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
Axtar
 
  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

Siyasi partiyalar maliyyə hesabatlarını açıqladılar - Tam siyahı

Tarix 09.04.26, 17:38

Font ölçüsü : - / +
bitmap-img6


Ölkədə fəaliyyət göstərən siyasi partiyalar maliyyə hesabatlarını MSK-ya təqdim ediblər.

Yeniavaz.com xəbər verir ki, hazırda fəaliyyət göstərən 26 siyasi partiyadan 18-i dövlət büdcəsindən maliyyə yardımı alıb. Bu partiyalardan 11-i Milli Məclisdə təmsil olunduqları üçün onlara dövlət büdcəsindən böyük miqdarda maliyyə ayrılıb. Bundan başqa, son parlament seçkilərində iştirak etdikləri üçün daha 8 siyasi partiya da dövlət büdcəsindən kiçik məbləğdə maliyyə alıb. 5 siyasi partiyanın isə  2025-ci il ərzində heç bir maliyyə fəaliyyəti olmayıb. 2 siyasi partiyanın isə maliyyə fəaliyyəti olsa da, onlara büdcədən yardım ayrılmayıb.

Milli Məclisdə təmsil olunmayan partiyalar arasında büdcədən ən çox yardım Müsavat Partiyası olub. Bu partiyaya ötən il 40 min 586 manat ayrılıb. Ən az vəsait isə Klassik Xalq Cəbhəsi Partiyasına ayrılıb – 50 manat.
26 siyasi partiyadan yalnız 11-i üzvlük haqqı və ya ianə toplayıb. Ən çox üzvlük haqqını Yeni Azərbaycan Partiyası toplayıb – 33 milyon 936 min 225 manat. Ən az üzvlük haqqını isə Demokratik Maarifçilik Partiyası toplayıb – cəmi 140 manat.

Məlumat üçün bildirək ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra 67 siyasi partiya rəsmi dövlət qeydiyyatından keçib. 2021-ci il martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın YAP-a qoşulması ilə bağlı qərar qəbul olunub. Bundan əlavə, bu günə qədər 2 siyasi partiyanın – Azərbaycan İslam Partiyası və Azərbaycan Xalqlarının Bərabərlik Partiyasının dövlət qeydiyyatı ləğv edilib.

2022-ci ilin dekabrında Milli Məclis “Siyasi partiyalar haqqında” Qanunu qəbul edib və Prezident İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib. Yeni qanuna görə, siyasi partiyaların 5 min üzvü olmalıdır. Yeni qanunun qüvvəyə minməsindən sonra – 2023-cü ildə 33 siyasi partiya öz fəaliyyətini dayandırdığını açıqlayıb.




Xəbərin oxunma sayı : 1084




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap