Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

NATO Rusiyanın sualtı qayıqlarının aktivliyinin artmasından narahatdır - “Bloomberg“

Tarix 21.04.26, 22:46

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya və NATO ölkələri Atlantik okeanı və Arktika regionunda qarşıdurmanı gücləndirir, burada sualtı komponent getdikcə daha mühüm rol oynayır.

"Bloomberg" xəbər verir ki, Rusiyanın sualtı donanmasının, o cümlədən müasir atom sualtı qayıqlarının aktivliyi Qərb hərbçiləri tərəfindən artan təhlükə kimi dəyərləndirilir. Bu vəziyyət bir çox aspektdə Soyuq müharibə dövrünü xatırladır və əsasən sualtı qüvvələrin izlənməsi və çəkindirilməsi üzərində cəmlənir.

Qeyd olunur ki, son on il ərzində Rusiya hərbi-dəniz donanmasını əhəmiyyətli dərəcədə modernləşdirib, o cümlədən böyük dərinliklərdə fəaliyyət göstərə bilən və aşkarlanması çətin olan yeni sualtı qayıqları xidmətə qəbul edib.

Bu fonunda NATO ölkələri şimal regionlarında, o cümlədən Barens dənizi və Şimali Atlantikada müşahidəni gücləndirir və Rusiya sualtı qayıqlarının okeana çıxmadan əvvəl hərəkətlərini izləməyə çalışır.

Materialda vurğulanır ki, Arktika təkcə hərbi baxımdan deyil, həm də resurs mənbəyi və mühüm nəqliyyat marşrutu kimi getdikcə daha strateji əhəmiyyət qazanır. Regionda aktivliyin artması NATO ölkələri arasında koordinasiyanın güclənməsi və dəniz hərbi imkanlarına investisiyaların artması ilə müşayiət olunur.

Ekspertlərin qiymətləndirməsinə görə, hazırkı qarşıdurma tədricən şimal enliklərinə doğru yönəlir və burada sualtı əməliyyatlar Rusiya ilə Alyans arasında güc balansının əsas elementlərindən birinə çevrilir.



Xəbərin oxunma sayı : 526




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap