Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Azərbaycan enerji və bağlantı sahəsində mühüm tərəfdaş olaraq qalır - Kallas

Tarix 21.04.26, 23:22

Font ölçüsü : - / +
bitmap-img6


"Nazirlər Avropanın sabit və təhlükəsiz Cənubi Qafqazda strateji marağının olduğunu vurğuladılar. Ermənistan-Azərbaycan sülh prosesindəki irəliləyiş region üçün real fürsətdir və Avropa İttifaqı (Aİ) dəstəyini əhəmiyyətli dərəcədə artırır”.

Bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Xarici İşlər Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.

O, nazirlərin Ermənistan üçün yeni Aİ vətəndaş missiyası yaratmaq barədə razılığa gəldiklərini bildirib. Kallasın fikrincə bu, ölkələrin kütləvi dezinformasiya kampaniyalarına və kiberhücumlara qarşı dayanıqlığını gücləndirəcək.

"Ermənilər iyun ayında seçkilərə gedəndə öz gələcəklərini yalnız özləri seçməlidirlər. Həmçinin, İrəvanın may ayında dərinləşən tərəfdaşlığımızın sübutu olacaq ilk birgə sammitə ev sahibliyi etməsini səbirsizliklə gözləyirik”, - Diplomat əlavə edib.

Kallas Azərbaycanın da enerji və bağlantı sahəsində mühüm tərəfdaş olaraq qaldığını bildirib.

"Biz əlaqələrimizi dərinləşdirmək istəyirik və tezliklə yeni ikitərəfli əməkdaşlıq müqaviləsi üzrə danışıqları bərpa edəcəyik”, - Kallas bildirib.

Kallas Gürcüstanla əlaqələrə də münasibət bildirib.

"Gürcüstan demokratik geriləməni geri çevirmək istiqamətində heç bir əlamət göstərmir. Nazirlərin açıq mesajı belə idi ki, Gürcüstan kursunu dəyişməlidir. Əlbəttə ki, insan hüquqları dialoqunda həqiqi iştirak, kursu dəyişdirmək istədiklərinin göstəricisi olardı”, - diplomat bildirib.



Xəbərin oxunma sayı : 550




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap