Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Aİ-nin Azərbaycandakı səfiri XİN-ə çağırıldı - Nota verildi

Tarix 01.05.26, 11:13

Font ölçüsü : - / +
bitmap-img6


1 may tarixində Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Mariyana Kuyunciç Xarici İşlər Nazirliyinə çağırılıb.

AzFakt.com xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat dərc olunub.
Bildirilib ki, görüşdə, Avropa Parlamenti tərəfindən 30 aprel tarixində qəbul edilmiş qətnamədə ölkəmizə qarşı yer almış əsassız və qərəzli müddəalar qəti şəkildə pislənib və bununla bağlı qarşı tərəfə etiraz notası təqdim edilib.
“Sözügedən qətnamədəki müddəaların reallıqları təhrif etdiyi, obyektivlik prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət öhdəliklərinə zidd olduğu vurğulanıb. Avropa Parlamentinin bu cür yanaşma sərgiləməsinin regionda normallaşma prosesinə, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin perspektivlərinə mənfi təsir etdiyi vurğulanıb.
Qətnamədə Qarabağ bölgəsinə erməni sakinlərin geri qayıdışı ilə bağlı irəli sürülən iddiaların tamamilə əsassız olduğu, bu kimi çağırışların Azərbaycanın daxili işlərinə müdaxilə xarakteri daşıdığı bildirilib. 2023-cü ildə Azərbaycan Konstitusiyasına uyğun olaraq təqdim edilmiş reinteqrasiya planına baxmayaraq, erməni sakinlərin regionu könüllü əsasda tərk etdiyi, bunun əksini iddia edən bəyanatların yanlış olduğu diqqətə çatdırılıb.

Bununla yanaşı, “müharibə əsirləri” kimi təqdim edilən erməni əsilli şəxslərin azad edilməsi ilə bağlı çağırışların da hüquqi baxımdan qəbuledilməz olduğu görüşdə qeyd edilib. Azərbaycan tərəfinin humanist yanaşma nümayiş etdirərək bir çox məhbusları azad etdiyi, etimad quruculuğu istiqamətində addımlar atdığı, barələrində məhkəmə hökmü çıxarılmış şəxslərin isə terrorçuluq, təxribat və hərbi cinayətlər daxil olmaqla bir sıra ağır cinayətlər törətmiş şəxslər olduğu xatırlanıb.

“Mədəni və dini irsin məhv edilməsi” ilə bağlı iddiaların tamamilə əsassız və qəbuledilməz olduğu vurğulanıb. Bununla yanaşı, işğal dövründə Azərbaycanın mədəni və dini irsinin genişmiqyaslı şəkildə dağıdılması və təhqir olunması faktlarına Avropa institutları tərəfindən önəm verilmədiyi diqqətə çatdırılıb.
Görüşdə, Avropa İttifaqı tərəfi Azərbaycan-Avropa İttifaqı münasibətlərinə, eləcə də regionda sülh və normallaşma prosesinə zərər vuran bu kimi addımların qarşısını almağa çağırılıb”, - məlumatda deyilir.



Xəbərin oxunma sayı : 238




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap