Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Naxçıvanda 2 qadına ağır cəza - Boğdular, quyuya atdılar...

Tarix 05.05.26, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə cəmiyyətin yaddaşında uzun müddət qalacaq bir cinayət işi üzrə hökm elan olunub. 1986-cı il təvəllüdlü Aypara Əsgərova və 1987-ci il təvəllüdlü Firuzə Seyidova tamah məqsədilə törədilmiş xüsusilə qəddar qətldə təqsirli bilinərək uzunmüddətli azadlıqdan məhrum ediliblər. Məhkəmənin hökmünə əsasən, Aypara Əsgərova 14 il 6 ay, Firuzə Seyidova isə 15 il müddətinə həbs cəzası alıb. Hər iki qadının üç övlad anası olması isə hadisənin faciəvi yükünü daha da ağırlaşdırır.

İttihama görə, hadisə ötən ilin 19 aprel tarixində Şərur rayonunun Oğlanqala kəndində baş verib. Tək yaşayan, 75 yaşlı Zeynəb İsmayılova kənddə imkanlı qadın kimi tanınıb. Onun insanlara borc verməsi, üzərində həmişə pul gəzdirməsi isə sonradan onun həyatına son qoyan səbəblərdən birinə çevrilib.

İstintaq materiallarına görə, Aypara Əsgərova maddi sıxıntılar içində olub və bu vəziyyətdən çıxış yolu kimi cinayət planı qurub. O, rəfiqəsi Firuzə Seyidova ilə birlikdə Zeynəb İsmayılovanın pullarını ələ keçirmək üçün əvvəlcədən razılaşıb.

Hadisə günü Zeynəb İsmayılova heç nədən şübhələnmədən Aypara Əsgərovanın evinə gəlib. Paltarlarını yumaq üçün paltaryuyan maşını işə salıb.

Qadın paltarları götürmək üçün əyildiyi anda arxadan çəkic və dəmir linglə başına ardıcıl zərbələr endirilib. Ağır yaralanan Zeynəb İsmayılova yerdə can verərkən belə, ona aman verilməyib, boğularaq öldürülüb. Qətli törədənlər bununla kifayətlənməyiblər. Meyiti gizlətmək üçün onu adyala bükərək həyətlərindəki su quyusuna atıblar. Daha sonra pul və qızılları bölüşdürərək, cinayətin izini itirmək üçün kənddə yalan məlumatlar yayıblar.

Lakin qətldən sonra Aypara Əsgərovanın qəfil borclarını ödəməsi istintaqçıların diqqətindən yayınmayıb. Polis iti isə bu qanlı sirri açan əsas “şahid” olub. İt birbaşa həmin həyətə gedərək quyunun başında dayanıb. FHN əməkdaşlarının müdaxiləsi ilə quyudan çıxarılan Zeynəb İsmayılovanın başı yarılmış-əzilmiş meyiti aşkar olunub. Bu isə artıq bütün suallara cavab verirdi.

Məhkəmə-tibbi ekspertiza Zeynəb İsmayılovanın kəllə sümüyündə çoxsaylı qəlpəli sınıqlar aşkar edib. Bu xəsarətlərin hər biri ölümcül olub. Saxlanıldıqdan sonra Aypara Əsgərova cinayəti etiraf edib. O bildirib ki, məqsədi pulları ələ keçirərək ölkədən qaçmaq olub. Hətta Türkiyəyə getməyi planlaşdırırmış.

Bu hadisə bir daha göstərir ki, tamahın sərhədi yoxdur və o, insanı ən ağır cinayətə belə sürükləyə bilir. Sosial problemlər, maddi çətinliklər isə heç vaxt insan həyatına qəsd üçün bəraət ola bilməz. /Musavat.com/



Xəbərin oxunma sayı : 184




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap