| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Azərbaycan ilə İtaliya arasında qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanan əməkdaşlıq
Tarix 07.05.26, 6:00 |
|
İtaliya Azərbaycanın dost və strateji tərəfdaş ölkəsidir. Ölkələrimiz arasında münasibətlər durmadan inkişaf edir və bu gün artıq nümunə göstəriləcək səviyyəyə yüksəlib.
Azərbaycan ilə İtaliya arasında qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanan əməkdaşlıq gündən-günə daha da möhkəmlənir.
Təsadüfi deyil ki, bu uğurlu əməkdaşlığın nəticəsi olaraq Azərbaycan İtaliyanın regionda əsas ticarət tərəfdaşına çevrilib. Bu tərəfdaşlıq xüsusilə enerji sahəsində özünü daha aydın göstərir. Məlumdur ki, Azərbaycan İtaliya üçün ən böyük xam neft tədarükçüsüdür. Eyni zamanda nəhəng Trans-Adriatik qaz kəməri vasitəsilə Azərbaycan Avropa üçün ən etibarlı enerji təchizatçılarından biridir. Bu layihə çərçivəsində ölkəmiz dost İtaliya üçün üçüncü ən böyük təbii qaz tədarükçüsü kimi çıxış edir və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin ölkəmizə səfəri və yüksək səviyyədə qəbul olunması ölkələrimiz arasında qarşılıqlı etimadın, dostluğun və strateji tərəfdaşlığın yüksək səviyyədə olmasının bir daha təsdiqi oldu.
Əvvəla, onu qeyd edək ki, səfər çərçivəsində keçirilən görüşlər onu deməyə əsas verir ki, ölkələrimiz arasında əlaqələr durmadan inkişaf edir və getdikcə daha da möhkəmlənir. 2020-ci ildə Romada imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” iki ölkə arasında münasibətlərin dərinləşdirilməsi üçün mühüm yol xəritəsi kimi müəyyən edilmişdir. Xanım Meloninin səfəri və əldə olunan razılaşmalar isə əməkdaşlığımızın daha da genişlənməsi və dərinləşməsi üçün güclü zəmin yaratdı.
İkincisi, Prezident İlham Əliyev vacib bir nüansa toxunaraq danışıqların çox uğurlu keçdiyini bildirdi və Ermənistandan gəlmiş xanım qonağın ölkəmizi ziyarət etməsinin xüsusi rəmzi məna daşıdığını, bunun isə Azərbaycana dost münasibətin göstəricisi olduğunu qeyd etdi. Prezident həmçinin ölkəmizin də İtaliyaya eyni münasibət bəslədiyini vurğuladı və bu səfərin strateji münasibətlərimizin inkişafında həlledici rol oynayacağını bildirdi. Sirr deyil ki, bu yüksək səviyyəli təmaslar ölkələr arasında qarşılıqlı etimadın möhkəmlənməsinə mühüm töhfə verir, regional əməkdaşlığın daha da genişlənməsi üçün də yeni imkanlar yaradır. Bu proses uzunmüddətli və dayanıqlı tərəfdaşlığın formalaşmasına zəmin yaradır, əməkdaşlığ daha da intensivləşdirir.
Üçüncüsü, Azərbaycan İtaliya münasibətlərinin çoxşaxəli və strateji xarakterini ümumiləşdirən ölkə başçısı vurğuladı ki, iki ölkə arasında əlaqələr yüksək səviyyədə inkişaf edir və strateji tərəfdaşlığa çevrilib. Əsas əməkdaşlıq istiqaməti enerji sahəsidir. Bununla yanaşı, ticarət dövriyyəsinin yüksək olması, qarşılıqlı investisiyalar və İtaliyanın Azərbaycanda, eləcə də Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirdiyi layihələr iqtisadi əməkdaşlığın genişliyini göstərir. Eyni zamanda münasibətlər yeni sahələri də əhatə edir və hərbi-texniki əməkdaşlıq, birgə istehsal və texnologiya mübadiləsi istiqamətləri inkişaf etdirilir. Təhsil sahəsində isə İtaliya Azərbaycan Universiteti iki ölkə arasında insan kapitalı və bilik əlaqələrini daha da gücləndirir. Ümumilikdə, Azərbaycan İtaliya münasibətləri enerji əməkdaşlığı ilə başlayaraq iqtisadi, sənaye, investisiya və humanitar sahələri əhatə edən geniş strateji tərəfdaşlığa çevrilib.
Dördüncüsü, xanım Ciorcia Meloninin Azərbaycan İtaliya münasibətlərinə kompleks yanaşaraq enerji əməkdaşlığının hələ də əsas istiqamət olduğunu, eyni zamanda sənaye tərəfdaşlığı, investisiyalar və nəqliyyat sahələrinin inkişaf etdiyini vurğulayaraq Azərbaycanın Avropa ilə Asiya arasında qovşaq rolunun gücləndirilməsində İtaliyanın Avropa bazarına çıxış baxımından mühüm rol oynadığını da qeyd etdi. Bundan əlavə, müdafiə və təhlükəsizlik, yüksək texnologiyalar və birgə istehsal kimi yeni əməkdaşlıq sahələrinin, eləcə də təhsil və mədəni əlaqələrin inkişafına təkan verildiyini bildirdi. Bu isə münasibətlərin daha da genişlənərək çoxşaxəli strateji tərəfdaşlığa çevrildiyini açıq şəkildə ortaya qoyur.
Nəhayət, Ciorcia Meloninin səfəri bir daha göstərdi ki, Azərbaycan İtaliya münasibətləri enerji əsaslı əməkdaşlıq çərçivəsindən çıxaraq siyasi, iqtisadi və təhlükəsizlik sahələrini əhatə edən uzunmüddətli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu əlaqələrin qurulmasında şübhəsiz ki, Prezident İlham Əliyevin xidmətləri danılmazdır. Bu xidmətlərin nəticəsi olaraq iqtisadi sabitlik, beynəlxalq öhdəliklərə əməl və digər mühüm amillərə əsaslanan siyasi sistem sayəsində Azərbaycan bu gün dünyada etibarlı və strateji tərəfdaş kimi qəbul edilir. İtaliya Respublikası Nazirlər Şurasının sədrinin ölkəmizə səfəri bu həqiqəti bir daha təsdiq etdi.
Kəmalə Babayeva
Xəbərin oxunma sayı : 292
Sosial
Xəbərlər
-
Ətir və tualet suyunun 1 qramını Çindən 1 qəpiyə gətiririk - Ölkələrin siyahısı
-
“Azərbaycanın Avropa Parlamenti ilə bağlı qərarına təəccüblənmədik“ - Zaxarova
-
Mahir Abbaszadənin bu il 2,3 milyon, son 3 ildə isə 7 milyon ayırdığı Yasin Dadaşov kimdir? - CƏDVƏL
-
Bu il manatın devalvasiya təhlükəsi var? - Baş bankir cavab verdi
-
“ABŞ İrana yeni nüvə razılaşma çərçivəsi təqdim edib” - Detallar məlum oldu
-
Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO
-
“Bank Respublika” qaydaları pozdu - Məcburi sərəncam verildi
-
Apteklərdə saxta dərmanlar satılır? - VİDEO
-
Metronun iş rejimi dəyişdirilir: İnterval artırılır
-
Ucar rayonunda örüş sahələri zəbt edilib - Video
-
Avropa İttifaqı rusiyalılara 620 mindən çox viza verib - Üç ölkə liderdir...
-
Generalın müavini 1 milyonluq mənimsəmədə ittiham edilir - Əmlakları müsadirə oluna bilər
-
Moskvada internet kəsilir: Mayın 9-da ciddi məhdudiyyətlər tətbiq olunacaq
-
Turizm Agentliyi daha 9 ölkədən jurnalist və blogerlər gətirir - Siyahı
-
Bakının mərkəzi küçələrindən biri bağlanır - XƏBƏRDARLIQ
-
Azərbaycanda vətəndaş da enerji satıb qazana biləcək - DETALLAR
-
İdarə müdiri iclasa gecikdi – Müşavir tərəfindən qapı arxasında saxlanıldı
-
Qəbul imtahanının II mərhələsi üzrə sınaq keçiriləcək - Bu tarixdə
-
ABŞ İrana mümkün zərbə üçün 50 min hərbçini hazırlayıb - “The New York Times”
-
Xətaida şirkət ərazini hasarlayıb, yolun hərəkət hissəsi tutulub - ŞİKAYƏT
-
Bu gün Yeri maqnit qasırğası vuracaq - XƏBƏRDARLIQ
-
Zaqatalada şiddətli yağış elektrik təsərrüfatında ciddi problemlər yaradıb - VİDEO
-
FIFA-dan “Neftçi”yə şok cəza - Transfer qadağası qoydu
-
Bakıda binanın liftlərinin detalları oğurlanıb, sakinlər çətin vəziyyətdə qalıb - VİDEO
-
Sibiqa Bayramovla danışdı - “Ukrayna Azərbaycana minnətdardır”
-
Yaxın Şərq münaqişəsi neft bazarlarını vurdu - OPEC-də tarixi geriləmə
-
Azərbaycan ilə İtaliya arasında qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanan əməkdaşlıq
-
Azərbaycan–İtaliya münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlir
-
“Bundan sonra bir daha bu sual mənə verilməsin“ - İradə İbrahimova
-
Azarkeşlər Mbappedən əl çəkmir - “Real“dan getməsinə imza atanların sayı inanılmaz həddə çatdı
-
Kuryerlərin haqqının azaldılması narazılığa səbəb olub - VİDEO
-
Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəməyib - Baş Prokurorluq
-
Azərbaycan ilə İtaliya arasında enerji əməkdaşlığı - iqtisadi əlaqələr bu tərəfdaşlığın əsas sütunlarını təşkil edir
-
Xocavənddə genişmiqyaslı elektrik yenilənməsi başlayır – 12 milyon manatlıq tender
-
Lukaşenko Paşinyana nota verdi - Səfir XİN-ə çağırıldı
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Bakı Sağlamlıq Mərkəzinin mənfəəti kəskin azalıb - Səbəb
-
Zelenski İlham Əliyevə zəng etdi - Nələr müzakirə olunub?
-
Novxanıda 19 yaşlı oğlan öldürüldü - Saxlanılan var
-
Azərbaycanda ən sürətli yol bura oldu - 130km/saat
-
İran ABŞ-ın son sülh təklifinə hələ rəsmi cavab verməyib - “Tasnim“
-
Səhmdar dəyişikliyi işdən çıxarılmaya əsas ola bilərmi? - Ali Məhkəmədən qərar
-
Ciorcia Meloninin Azərbaycana səfəri isə Bakı-Roma əməkdaşlığının yeni mərhələyə keçdiyini nümayiş etdirdi
-
Macarıstan “Oşadbank”a məxsus vəsait və qızıl külçələri Ukraynaya qaytarıb - Zelenski
-
“İran Çinin regionda sülh prosesində fəal iştirakının davam etməsinə ümid edir“ - Əraqçı
-
Bayramov Çavuşoğluya zəng etdi - Qardaşının güllələnməsi ilə bağlı
-
“Sumqayıt Ticarət Mərkəzi” ASC yığıncaq keçirəcək - Bu tarixdə
-
“Azərbaycan ilbəil daha keyfiyyətli hərbi məhsullar istehsal edir“ - Yaşar Gülər
-
104 oyuna baxmaq üçün 50 min dollar maaş təklif olunur - DÇ 2026
-
Prezident İlham Əliyev təsdiqlədi - “Yol hərəkəti haqqında“ qanun dəyişdi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Türkiyə və İndoneziya arasında tarixi müqavilə - Bu PUA-lar ilk dəfə...
-
Şimşək çaxacaq, dolu düşəcək - Sabaha olan hava proqnozu
-
“Bakıda “Montin“, “Vorovski“, “Razin“ kimi yer adları yoxdur“ - Siyavuş Novruzov
-
Azərbaycanda qanunsuz lizinq - “Vüsal 300“ -ün adamları sosial şəbəkələri “zəbt” edib
-
Maaşlarla bağlı yeni qərar hazırlanır - Mərkəzi Bankın sədri açıqladı
-
Paytaxtda yeni dairəvi yollar qurulacaq - XƏRİTƏ
-
Azərbaycanın 8 il öncə axtarışa verdiyi qumarbaz - Konqresmen olmaq istəyir
-
Qarabağdakı tikinti-quruculuq işlərini axsadan “Leysan amili“-ARAŞDIRMA
-
Polşa kəşfiyyatı həyəcan təbili çalır: “Rusiya və Belarus görünməmiş dərəcədə aktivləşib”
-
Avropada narahatlıq doğuran böyük dəyişiklik: İstilik dalğası qitəni bürüyür
-
“Card to card“ dövriyyəsi inanılmaz dərəcədə böyükdür“ - Taleh Kazımov
-
“Ermənistan heç vaxt quberniyaya çevrilməyəcək“ - Simonyan
-
“Pekin Tehranın etibarlı strateji tərəfdaşıdır“ - Çin XİN rəhbəri
-
Şəhid ailələrinə verilən mənzillərin sahəsi ölkə ortalamasından da kiçikdir - SİYAHI
-
Mbappe Vinisiusun satışını istəyir, əks halda...- “Real“da böhran
-
Pakistan liderindən Trampa təşəkkür: “Cəsarətli qərarla regionu fəlakətdən xilas etdi“
-
Nizami rayonunda qəzalı binaya əlavə artırma: Sakinlər təhlükədə-VİDEO
-
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
-
Mövlud Çavuşoğlunun qardaşı güllələnib - Reanimasiyadadır
-
“Topaz” müştərinin 77 min manatlıq uduşunu vermədi, məhkəmədə uduzdu - Detallar
-
Prezident İslam İnkişaf Bankı Qrupunun rəhbərliyini qəbul etdi - FOTOLAR
-
Başçı ilə köməkçisinin şirkəti: 4 aya 4 milyonluq tender...
-
Eldar Əzizov rəisi işdən çıxartdı - Yeni təyinat
-
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi - “İnflyasiya artacaq...“
-
Beyləqanda növbəti ağacəkmə aksiyası keçirildi -FOTOLAR
-
SR Construction şirkət ilə vətəndaşlar arasında kompensasiya problemi - VİDEO
-
ABŞ Hörmüzdə geri çəkilmir: "Cavab veriləcək"
-
Bakının iki peşə məktəbində vərəmə yoluxma - Rəsmi açıqlama
-
“NFC” ödənişlərindən şikayətlər səngimir - VİDEO
-
Kürdə suyun səviyyəsinin artması daha bir əraziyə təhlükə yaratdı - VİDEO
-
Bakıda taksi dayanacaqları niyə parkinqlərlə əvəzlənir? - VİDEO
-
Azərbaycan yalnız regional deyil, həm də Avropa siyasi sistemində söz sahibidir
-
Cənubi Qafqaza dair baxış və hədəflərin mərkəzində müstəqil Azərbaycan dayanır
-
Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
-
Nağdsız əməliyyatların sayı niyə azalıb? - VİDEO
-
Abşeronda küçə itləri 61 yaşlı qadına hücum edərək 20 metr sürüdülər - VİDEO
-
“İran atəşkəsi pozmamaq üçün hansı tədbirlərdən çəkinməli olduğunu bilir“ - Tramp
-
Bakının bir küçəsində hərəkətə məhdudiyyət tətbiq ediləcək - Xəbərdarlıq
-
Məşhur şadlıq evləri saxta kürü satırmış - SİYAHI
-
Xırdalan dəmiryol stansiyasında turniket problemi - VİDEO
-
“Kramatorska endirilən zərbə nəticəsində 5 nəfər ölüb“ - Zelenski
-
Azərbaycanın beynəlxalq arenadakı rolu və təşəbbüskarlığı
-
Mehriban Əliyeva Bakıda keçirilən sərgilərdən paylaşım etdi - VİDEO
-
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
-
“Azərbaycan həmişə Aİ-nin etibarlı tərəfdaşıdır“ - İlham Əliyev
-
Mayın 28-də əfv olacaq? - “Komissiya müraciətləri qəbul edir”
-
Türkiyə qitələrarası hipersəs ballistik raketini təqdim etdi - VİDEO
-
Onlar üçün vergi güzəşti müəyyənləşdi - 400 manat
-
“Avropa Siyasi Birliyi” platformasında səsləndirilən mesajlar bir neçə mühüm nəticəni ortaya qoyur
-
Prezident Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi - Fotolar
-
İsrail və ABŞ İrana yenidən zərbə endirə bilər – CNN
-
Britaniya Rusiya ilə bağlı “qara siyahı” açıqladı - Yeni adlar daxil edilib
-
Azərbaycanda ana ölümləri: Regionlar üzrə Statistika
-
“Xarı Bülbül“ restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı
-
Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - Siyahı
-
“Hörmüz boğazında yeni qüvvələr nisbəti formalaşır“ - Qalibaf
-
“Aslan Dubai Cars” qalmaqalı - Vətəndaş 10 minlərlə manatının qaytarılmadığını deyir
-
Naxçıvanda 75 yaşlı qadını 8 minə görə öldürübmüşlər - Meyiti təlim iti tapıb...
-
Prezident bu qanunlara dəyişiklik etdi - Nələr olacaq?
-
Abit Əliyevin rəhbəri olduğu MMC-dən “Xezer-Construction“a daha bir sifariş - 23,4 milyon...
-
“Medicare Hospitalı” necə işləyir? - Lisenziyasız tibbi biabırçılıq
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Sədərək“də ilginc dələduzluq: 2900 manatlıq geyimlərlə qaçdı, gödəkcəni bacanağına verdi
-
Prezident yeni rektor təyin etdi - Nurəli Yusifbəyli kimdir? + DOSYE
-
“Baş məşqçinin Mahirlə problemi var“ - Elnurə Emreli
-
“Türkiyə regiondakı prosesləri yaxından izləyir“ - Yaşar Gülər
-
Prezident və birinci xanım Bakıda keçirilən sərgilərlə tanış oldu - FOTOLAR
-
“Qarpız“ yükündə 31 kiloqramdan artıq narkotik vasitə aşkarlandı - VİDEO
-
Moskva aeroportları fəaliyyətini dayandırıb - PUA hücumu səbəbindən
TOP 10
ARXİV






