Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
Axtar
 
  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

Ucar rayonunda örüş sahələri zəbt edilib - Video

Tarix 07.05.26, 12:54

Font ölçüsü : - / +
bitmap-img6


Ucarın Qarabörk kəndində örüş sahələrinin zəbt edildiyi iddia olunur.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildirirlər ki, vaxtilə yüzə yaxın ailənin istifadə etdiyi 70 hektara yaxın  otlaq sahələri hazırda əkin üçün istifadə olunur və bu da təsərrüfat ilə məşğul olanlara ciddi çətinlik yaradır.

Sakinlərin sözlərinə görə, kənddə əvvəllər 100 ailədən 70-80-i maldarlıqla məşğul olsa da, hazırda bu sahə demək olar ki, sıradan çıxıb. Heyvan saxlayan az sayda sakin isə ya mal-qaranı satmağa, ya da başqa şəxslərə verməyə məcbur olub.

Onların iddiasına görə, örüş kimi istifadə olunan torpaqlarda hazırda yonca və arpa əkilib. Həmin ərazinin ətrafında quyular qazılıb, giriş hissəsinə isə nəzarət kamerası quraşdırılıb. Bu səbəbdən sakinlərin həmin sahəyə çıxışı tam məhdudlaşdırılıb.

Qarabörk kənd bələdiyyəsinin sədri Marif İsmayılov “Xəzər Xəbər”in sorğusuna cavab olaraq bildirdi ki, Qarabörk kəndində yerləşən sözügedən örüş təyinatlı torpaq sahəsi keçmiş bələdiyyə sədri Elşən Məmmədovun dövründə icarəyə verilib. Hazırda müqavilənin müddəti başa çatdığı üçün ləğv olunub və torpaq sahəsi yenidən bələdiyyənin balansına qaytarılıb. Həmin ərazidə əkilmiş kənd təsərrüfatı məhsulları - arpa və yonca biçilib götürüldükdən sonra torpaq sahəsi örüş yeri olaraq sakinlərin istifadəsinə veriləcək.





Xəbərin oxunma sayı : 316




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap