“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Onlar universitetə imtahansız qəbul olunur - DİM müraciət yaydı

Tarix 13.05.26, 14:03

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət İmtahan Mərkəzi beynəlxalq və respublika fənn olimpiadalarının, eləcə də beynəlxalq müsabiqə və yarışların qaliblərinə müraciət edib.

DİM-dən verilən məlumata görə, Nazirlər Kabinetinin 20 may 2019-cu il tarixli 229 nömrəli qərarına əsasən, müəyyən kateqoriyadan olan qaliblər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul hüququ əldə edirlər.

Məlumata əsasən, beynəlxalq fənn olimpiadalarında qızıl, gümüş və ya bürünc medal qazananlar, IX-XI sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadalarında ilk üç yeri tutanlar, həmçinin 15 yaşdan yuxarı iştirakçılar arasında təşkil olunan beynəlxalq yarış və müsabiqələrin laureatları bu hüquqdan yararlana bilərlər.

Qeyd olunub ki, beynəlxalq və respublika fənn olimpiadalarının qalibləri tam orta təhsili başa vurduqdan sonra növbəti 2 tədris ili ərzində, beynəlxalq müsabiqə və yarış qalibləri isə növbəti 5 tədris ili müddətində yalnız bir dəfə müsabiqədənkənar qəbul hüququndan istifadə edə bilərlər.

DİM bildirib ki, indiyədək sənədlərini təqdim etməyən şəxslər 13 may – 30 iyun 2026-cı il tarixlərində tələb olunan sənədlərin fotosurətlərini Mərkəzin Bakı şəhərində yerləşən inzibati binalarına və ya regional bölmələrinə təqdim etməlidirlər.

Tələb olunan sənədlərə "Abituriyent elektron ərizəsi”nin surəti, qalibiyyəti təsdiq edən sənədin fotosurəti, həmçinin yarış və ya olimpiadanın keçirildiyi ölkə, tarix və nəticələrin yer aldığı rəsmi sayt barədə məlumat daxildir.

"Bundan əlavə, beynəlxalq olimpiada və yarış qalibləri sənədlərin notarial qaydada təsdiqlənmiş Azərbaycan dilinə tərcüməsini də təqdim etməlidirlər.

Təqdim edilən məlumatların doğruluğu müvafiq beynəlxalq və xarici qurumların məlumat bazaları üzərindən yoxlanıla bilər.

Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olmaq istəyən şəxslər isə əlavə olaraq sağlamlıq və fiziki hazırlıq barədə arayış, tərcümeyi-hal və digər tələb olunan sənədləri də təqdim etməlidirlər", - deyə məlumatda vurğulanıb.



Xəbərin oxunma sayı : 1267




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap