Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Regional enerji əməkdaşlığının yeni mərhələsi

Tarix 03.06.26, 6:12

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın müstəqillik tarixində enerji sektoru təkcə iqtisadi inkişafın deyil, həm də dövlət quruculuğunun, beynəlxalq tərəfdaşlıqların və geosiyasi mövqelərin möhkəmlənməsinin əsas sütunlarından biri olub.

İyunun 1-də Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərin açılış mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də məhz bu reallığın növbəti təsdiqi kimi diqqəti cəlb edir. “Dövlət başçısının vurğuladığı kimi, vaxtilə Xəzər Neft və Qaz Sərgisi kimi fəaliyyətə başlayan platforma sonradan genişlənərək Bakı Enerji Həftəsinə çevrilib. Bu fakt təkcə tədbirin miqyasının böyüməsini deyil, həm də Azərbaycanın enerji sektorunda keçdiyi inkişaf yolunu əks etdirir. Əslində, ötən onilliklər ərzində ölkənin enerji strategiyasının formalaşması və beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınması məhz bu platformalarda atılan addımlarla sıx bağlıdır.
Son illərdə qlobal iqtisadiyyatda baş verən mürəkkəb proseslərə baxmayaraq, Azərbaycanın maliyyə sabitliyini qoruyub saxlaması, beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələrində mövqeyini yaxşılaşdırması və investisiya səviyyəli reytinq əldə etməsi iqtisadi siyasətin səmərəliliyini nümayiş etdirir. Dövlət başçısının qeyd etdiyi kimi, yoxsulluğun 5 faiz səviyyəsinə endirilməsi, işsizliyin minimum göstəricilər ətrafında saxlanılması və xarici borcun əhəmiyyətli dərəcədə azaldılması iqtisadi dayanıqlığın əsas indikatorları hesab olunur. Bu nəticələr təsadüfi deyil. Onların arxasında enerji gəlirlərinin düzgün idarə olunması, Dövlət Neft Fondu vasitəsilə həyata keçirilən uzunmüddətli strategiya və qeyri-neft sektorunun inkişafına yönəlmiş siyasət dayanır. Müasir mərhələdə Azərbaycanın enerji siyasətinin yeni istiqaməti yaşıl enerji və elektrik enerjisi ixracı ilə bağlıdır. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi Qara dəniz enerji kabeli layihəsi bu baxımdan strateji əhəmiyyət daşıyır. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında həyata keçirilən bu təşəbbüs Xəzər regionunda istehsal ediləcək yaşıl enerjinin Avropa bazarına çıxarılmasını təmin edəcək. Bununla yanaşı, Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan elektrik kabeli layihəsi də regional enerji əməkdaşlığının yeni mərhələsini formalaşdırır. Bu layihələr təkcə enerji ixracının şaxələndirilməsi deyil, həm də Avropanın enerji təhlükəsizliyinə verilən töhfənin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Tural Hüseynzadə



Xəbərin oxunma sayı : 754




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap