“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Abadlıqla bağlı ardıcıl iki tender: “VNM İnşşat“ daha bir sifariş aldı

Tarix 20.06.26, 13:28

Font ölçüsü : - / +
bitmap-img6


Füzuli Rayon İcra Hakimiyyəti Horadiz şəhərinin 17 Oktyabr küçəsində abadllq işlərinin həyata keçirilməsini planlaşdırır. 

Qaynarinfo xəbər verir ki, qurum artıq bu məqsədlə elan etdiyi tenderə yekun vurub. Tenderin qalibi "VNM İnşaat" MMC seçilib. Abadlıq işlərinə görə, şirkətə 242 831,08 manat ödəniləcək. 

"VNM İnşaat" MMC bir neçə gün əvvəl Siyəzən Rayon İcra Hakimiyyətinin abadlıq işləri ilə bağlı elan etdiyi tenderin qalibi seçilib. Şirkətin eyni vaxtda iki fərqli rayonda abadlıq işləri ilə bağlı layihəni icra etmək imkanlarının olub-olmadığı məlum deyil. Çünki şirkətin maddi-texniki bazasının hansı səviyyədə olduğu bəlli deyil. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin dövlət reyestrində yer alan məlumatlara əsasən, "VNM İnşaat" MMC 13 mart 2023-cü il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manat təşkil edir. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi 15 olaraq göstərilib. MMC-nin qanuni təmsilçisi isə Nağıyev Vüqar Məhəmməd oğludur.

Vüqar Nağıyev haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. 




Xəbərin oxunma sayı : 298




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap