“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Xaricə satdığımız fındıq ləpəsi kəskin bahalaşıb - Ölkələr üzrə siyahı

Tarix 22.06.26, 18:07

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin ilk 4 ayında Azərbaycan xarici ölkələrə ümumi dəyəri 79 milyon 340 min dollar olan 6 min 585 ton qabığı təmizlənmiş meşə fındığı (fındıq ləpəsi) ixrac edib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac olunan fındıq ləpəsinin 1 kiloqramının orta gömrük dəyəri 12,05 dollar (20,5 manat) təşkil edib.

Qeyd edək ki, fındıq ləpəsi ən çox Rusiyaya (2 964,66 ton), İtaliyaya (1 852 ton) və Almaniyaya (943 ton), ən az isə Özbəkistana (12 ton) və Qazaxıstana (20 ton) ixrac olunub.  Bundan başqa Qırğızıstan, İsrail, Türkiyə və Latviyanın hər birinə 22 ton fındıq ləpəsi satılıb.

Fındıq ləpəsi ən baha qiymətə İsveçrəyə (bir kiloqramı 27,32 manat), ən ucuz qiymətə isə Qırğızıstan və Özbəkistana (bir kiloqramı 8,5 manat) ixrac edilib.

Bu ilin ilk 4 ayında fındıq ləpəsinin ixrac edildiyi ölkələr, ixrac həcmi və 1 kiloqramının orta gömrük dəyəri belə olub:
Rusiya – 2 964,7 ton (16,51 manat);
İtaliya – 1 852 ton (24,06 manat);
Almaniya – 943 ton (26,09 manat);
İsveçrə – 260 ton (27,32 manat);
Suriya – 138 ton (17,68 manat);
Litva – 66 ton (19,89 manat);
Ukrayna – 61 ton (12,64 manat);
Belarus – 44 ton (19,24 manat);
Polşa – 42 ton (14,96 manat);
İspaniya – 38,3 ton (21,69 manat);
Çexiya – 32 ton (21,68 manat);
Gürcüstan – 24 ton (10,37 manat);
İsrail – 22 ton (19,15 manat);
Türkiyə – 22 ton (11,82 manat);
Latviya – 22 ton (20,06 manat);
Qırğızıstan – 22 ton (8,50 manat);
Qazaxıstan – 20 ton (24,65 manat);
Özbəkistan – 12 ton (8,50 manat).

Müqayisə üçün onu da bildirək ki, ötən ilin eyni dövründə xarici ölkələrə ixrac olunan fındıq ləpəsinin 1 kiloqramının orta gömrük dəyəri 6,8 dollar (11,7 manat) təşkil edib.



Xəbərin oxunma sayı : 391




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap