“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

“Teymuroğlu Construction“ şirkətinin inşa etdiyi binada bədbaxt hadisə: Ölən var

Tarix 22.06.26, 20:47

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda çoxmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olan şirkət cərimə olunub.

AzFakt.com "Teleqraf"a istinadən xəbər verir ki, "Teymuroğlu Construction" Mənzil Tikinti Kooperativində (MTK) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi araşdırma aparıb.

Məlum olub ki, MTK-nın işçisi Ə.Əsgərxanov əmək funksiyalarının icrası zamanı bədbəxt hadisə nəticəsində ölüb.

Təhqiqat zamanı Əsgərxanovun istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilmədiyi məlum olub.

Beləliklə Mənzil Tikinti Kooperativi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilib.

MTK-nın nümayəndəsi bildirib ki, işçi ilə əmək müqaviləsi 2026-cı il tarixdə bağlansa da, onun işə çıxma vaxtı başqa zamana təsadüf edib:

"Sığorta müqaviləsinin bağlanılmasına çalışılsa da, sistemdəki xəta, "Atəşgah Siğorta"nın ödənişi nağd qaydada tələb etməsi səbəbindən müqavilə fərqli tarixdə bağlanılıb. Hadisə ehtiyatsızlıq nəticəsində baş verib. Şirkət tərəfindən vətəndaşın ailəsinə lazımı yardım edilib".

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə şirkət 5 min manat məbləğində cərimələnib.



Xəbərin oxunma sayı : 526




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap