“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Pedaqoji ixtisaslarda plan yerlərinin azaldılması gözlənilir - Açıqlama

Tarix 27.06.26, 17:35

Font ölçüsü : - / +
bitmap-img6


Pedaqoji ixtisaslarda qəbul planının azaldılması gələcək illərdə də davam edə bilər.

Bu fikirləri təhsil tədqiqatçısı Elmin Nuri "AzEdu Podkast" verlişində səsləndirib.

Onun sözlərinə görə, pedaqoji ixtisaslar üzrə əmək bazarında artıq tarazsızlıq yaranıb və bu səbəbdən plan yerlərinin azaldılması zəruridir.

"Bu ixtisaslar üzrə o qədər məzun hazırlanıb ki, bəzi fənlərdə əmək bazarı artıq dolub. Məsələn, MİQ müsabiqəsinin test mərhələsində 90-dan yuxarı bal toplayan müəllimlərin belə işə qəbul olunmadığı hallar var. Bunun əsas səbəbi vakant yerlərin son dərəcə məhdud olmasıdır", – deyə o bildirib.

Ekspert qeyd edib ki, bəzi regionlarda vəziyyət daha qabarıq görünür.

"Bir Regional Təhsil İdarəsinin tabeliyində olan altı rayon üzrə coğrafiya müəllimliyi üçün cəmi səkkiz vakant yer ayrılmışdı. Bu qədər məhdud vakant yer uğrunda çoxsaylı namizədlər mübarizə aparır", – deyə Elmin Nuri vurğulayıb.

O bildirib ki, bölgələrdə özəl məktəblərin azlığı da müəllimlərin məşğulluq imkanlarını məhdudlaşdırır.

"Özəl məktəblərin əksəriyyəti yalnız paytaxtda fəaliyyət göstərir, bölgələrdə isə demək olar ki, filialları yoxdur. Müəllimlər əsasən dövlət məktəblərində iş tapmağa çalışırlar. Eyni zamanda, kiçik məktəblərin birləşdirilməsi nəticəsində məktəblərin sayı azalır ki, bu da müəllimlərə olan tələbatın aşağı düşməsinə səbəb olur", – deyə o əlavə edib.

Elmin Nurinin fikrincə, müəllimlərin əlavə layihələrdə və müxtəlif fəaliyyət sahələrində iştirak imkanlarının məhdud olması da əmək bazarında tarazsızlığı dərinləşdirir.

"Bu səbəbdən pedaqoji ixtisaslarda plan yerlərinin azaldılması gözlənilir və hesab edirəm ki, bu tendensiya növbəti illərdə də davam edəcək", – deyə təhsil tədqiqatçısı bildirib.



Xəbərin oxunma sayı : 373




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap