“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Azərbaycanlı “qanuni oğru“ Vaqif Süleymanovla bağlı YENİ İDDİA

Tarix 10.07.26, 18:51

Font ölçüsü : - / +
bitmap-img6

 
Rusiyada Federal Təhlükəsizlik Xidmətində (FTX) kriminal aləmlə mübarizə aparan əsas bölmələrdən birinin rəhbərinin dəyişməsi ölkənin kriminal çevrələrində narahatlıq yaradıb. Rusiya mediası iddia edir ki, bu dəyişiklik "toxunulmaz" hesab olunan bəzi "qanuni oğrular"ın statusuna da təsir göstərə bilər.

Yayılan məlumata əsasən, FTX-nin şöbə rəisi Rustam Abdrafikov vəzifəsini tərk edib. Həmin şöbə əsasən kriminal aləmin liderləri, xüsusilə də "qanuni oğrular" kimi tanınan şəxslərlə bağlı əməliyyat fəaliyyəti həyata keçirir.

Bildirilir ki, Abdrafikov yeddi il bu vəzifədə çalışıb.

Hazırda şöbəyə yeni rəhbər kimi FTX Korolkov təyin olunub. O, əvvəlki vəzifəsində özəl mühafizə şirkətləri və Rusiya Milli Qvardiyasına nəzarət edib. Hazırda isə yeni istiqamətdə fəaliyyətə başlayır.

Rusiyanın telegram səhifələrində qeyd olunur ki, kriminal aləmdə əsas narahatlıq yeni rəhbərin hansı istiqamətdə addımlar atacağı ilə bağlıdır. İddialara görə, Korolkovun yeni vəzifəsində özünü səs-küylü əməliyyatlarla göstərməyə çalışacağı gözlənilir.

Rusiya mediası həmçinin iddia edir ki, Abdrafikovun dövründə formalaşdırıldığı deyilən "toxunulmaz" kriminal avtoritetlərin siyahısı da ciddi dəyişikliklərə məruz qala bilər.

Həmin siyahıda "qanuni oğru" kimi tanınan Suren Tavadov (Surik Andijanski) və Vaqif Süleymanovun (Vaqif) da adının olduğu bildirilir. Məlumata görə, onlar Suren Tavadovun yubiley mərasimində saxlanılıblar. İddia olunur ki, həmin əməliyyatın təşəbbüskarı məhz yeni rəis olub. Daha sonra hər iki şəxs profilaktik söhbətdən sonra sərbəst buraxılıb.

Qeyd eək ki, Vaqif Süleymanov ötən il də profilaktik məqsədlə saxlanılıb və sonradan heç bir hüquqi nəticə olmadan azadlığa buraxılıb. Bununla belə, mənbənin iddiasına görə, bu hadisələr "toxunulmaz" hesab edilən kriminal avtoritetlər üçün ciddi xəbərdarlıq kimi qiymətləndirilib.

İddia edilir ki, artıq Vaqif Süleymanovla bağlı izli araşdırmalara başlanılıb./Lent.az



Xəbərin oxunma sayı : 295




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap