“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Türkiyə və İsrail ordusu - Hansı daha güclüdür?

Tarix 24.08.26, 18:21

Font ölçüsü : - / +
bitmap-img6


Son zamanlar Türkiyə ilə İsrail arasında gərginlik artır və mətbuatda, eləcə də sosial şəbəkələrdə yaranmış vəziyyətin hərbi qarşıdurmaya səbəb olacağı barədə iddialar yayılır.

Yeniavaz.com xəbər verir ki, xüsusilə Suriyada tərəflərin maraqlarının toqquşması vəziyyəti daha da həssaslaşdırıb. Avqustun 18-də İsrailin Suriyanın şimal-qərbində yerləşən Əbu əl-Duhur aviabazasına zərbələr endirməsi Ankara ilə Təl-Əviv arasında gərginliyi artıran əsas hadisələrdən biri olub.
Bəs, belə bir qarşıdurma ehtimalı fonunda Türkiyə və İsrailin hərbi imkanları necədir?

Məşhur “Globalfirepower” portralı tərəfindən təqdim olunan hərbi göstəricilərə əsasən, Türkiyənin aktiv hərbi qulluqçularının sayı 481 min, ehtiyat qüvvələrinin sayı isə 380 min nəfərdir. İsraildə isə aktiv hərbi heyət 169,5 min, ehtiyat qüvvələri isə 465 min nəfər göstərilir. Beləliklə, aktiv şəxsi heyət baxımından Türkiyə ciddi üstünlüyə malikdir. Ehtiyat qüvvələrində isə İsrailin göstəricisi daha yüksəkdir.

Bundan başqa təqdim olunan məlumatlarda Türkiyənin ümumilikdə 1 101 hərbi təyyarəsi, İsrailin isə 597 təyyarəsi olduğu göstərilir. Lakin qırıcı təyyarələrin sayında vəziyyət fərqlidir. İsrailin 239 qırıcısına qarşı Türkiyənin 201 qırıcısı var.

Quru qoşunlarının əsas göstəricilərindən biri olan tankların sayında da Türkiyə öndədir. Türkiyənin arsenalında 2 284 tank, İsrailin isə 1 300 tankı göstərilir.
Hərbi gəmilərin ümumi sayına görə Türkiyənin 192, İsrailin isə 82 gəmisi var. Sualtı qayıqlar üzrə də Türkiyə üstünlük təşkil edir – 14-ə qarşı 6.
Vertolyotların ümumi sayında Türkiyənin göstəricisi 509, İsrailin göstəricisi isə 127-dir. Bu sahədə də Türkiyə əhəmiyyətli say üstünlüyünə malikdir.
Özüyeriyən artilleriya sistemlərinin sayına görə Türkiyənin 1 045, İsrailin isə 323 sistemə malik olduğu göstərilir.

Müdafiə büdcəsində də Türkiyə daha yüksək göstəriciyə sahibdir. Təqdim olunan məlumatlara əsasən, Türkiyənin müdafiə xərcləri 51,4 milyard dollar, İsrailin müdafiə xərcləri isə 34,6 milyard dollar təşkil edir.





Xəbərin oxunma sayı : 478




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap