“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Dünyada ən çox tankı olan ölkələr - Azərbaycan və Türkiyə neçənci sıradadır? (SİYAHI)

Tarix 14.07.26, 12:55

Font ölçüsü : - / +
bitmap-img6


Müasir müharibələrdə pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli raket sistemləri və hava hücumundan müdafiə vasitələri ön plana çıxsa da, tanklar hələ də quru qoşunlarının əsas zərbə qüvvələrindən biri hesab olunur. 

ABŞ-nin "Global Firepower" analitik platformasının 2026-cı il üzrə hazırladığı reytinq də məhz ölkələrin inventarında olan əsas döyüş tanklarının və yüngül tankların sayına əsaslanaraq dünyanın ən böyük tank parkına malik dövlətlərini müəyyənləşdirib.

Hesabata əsasən, dünyanın ən böyük tank parkına Çin sahibdir. Ölkənin silahlı qüvvələrinin inventarında 5870 tank mövcuddur. Son illər Pekinin müdafiə sənayesinə ayırdığı böyük investisiyalar, zirehli texnikanın modernləşdirilməsi və yerli istehsal imkanlarının genişləndirilməsi Çinin bu sahədə liderliyini möhkəmləndirib.

İkinci yerdə 5630 tankla Rusiya qərarlaşıb. Rusiya dünyanın ən böyük tank ehtiyatlarından birinə malikdir. Bunun əhəmiyyətli hissəsini Sovet dövründən qalan texnika təşkil etsə də, son illərdə T-72B3, T-80BVM və T-90M kimi tankların modernləşdirilməsi istiqamətində işlər görülür.

Üçüncü sırada 4895 tankla Şimali Koreya yer alır. Analitiklər qeyd edirlər ki, ölkənin tank parkı say baxımından böyük olsa da, onun əsas hissəsi köhnə sovet və Çin mənşəli tanklardan ibarətdir.

Dördüncü yerdə 4666 tankla ABŞ qərarlaşıb. Tank sayına görə ilk üçlükdən geri qalsa da, ABŞ ordusunun istifadə etdiyi M1 Abrams tankları dünyanın ən müasir və texnoloji cəhətdən ən inkişaf etmiş döyüş tanklarından hesab olunur. 


İlk beşliyi 3913 tankla Hindistan tamamlayır. Hindistan son illərdə həm Rusiya istehsalı tankları modernləşdirir, həm də yerli Arjun əsas döyüş tankının istehsalını davam etdirir.

Altıncı pillədə Misir (3620 tank), yeddinci yerdə Pakistan (2677 tank), səkkizinci sırada isə İran (2675 tank) qərarlaşıb. Pakistan və İran arasında cəmi iki tank fərqi olması diqqət çəkən məqamlardan biridir.

Reytinqdə Türkiyə 2284 tankla dünyanın ən böyük tank parkına malik ölkələri arasında 9-cu yeri tutur. Son illərdə Ankara zirehli qoşunlarını modernləşdirmək istiqamətində mühüm addımlar atır. Mövcud Leopard 2, M60T və digər tankların modernləşdirilməsi ilə yanaşı, yerli istehsal olan Altay əsas döyüş tankının silahlı qüvvələrə təhvil verilməsi də davam edir. Bu prosesin yaxın illərdə Türkiyənin zirehli qüvvələrinin keyfiyyət göstəricilərini daha da artıracağı gözlənilir.

Hesabata əsasən, Azərbaycan 1354 tankla dünyanın ən böyük tank parkına malik ölkələri arasında 14-cü yerdə qərarlaşıb. Bununla Azərbaycan Cənubi Qafqaz regionunda ən böyük tank parklarından birinə sahib ölkələrdən biri kimi göstərilir.

Azərbaycan Silahlı Qüvvələrinin inventarında əsasən T-72, T-90S və modernləşdirilmiş zirehli tanklar mövcuddur. 

Dünyanın ən böyük tank parkına malik 15 ölkə belə sıralanır:

-  Çin - 5 870 

-  Rusiya - 5 630 

-  Şimali Koreya - 4 895 

- ABŞ - 4 666 

- Hindistan - 3 913

- Misir - 3 620

- Pakistan - 2 677 

- İran - 2 675 

- Türkiyə - 2 284 

- Vyetnam - 1 999 

- Cənubi Koreya - 1 831 

- İordaniya - 1 508 

- Əlcəzair - 1 485 

-  Azərbaycan - 1 354 

-  Mərakeş - 1 346 



Xəbərin oxunma sayı : 448




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap