Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

78 yaşlı dosent ayaq yolunda yıxıldı, Kərim Şükürov cərimələndi - Məhkəmə ləğv etdi

Tarix 17.07.26, 16:19

Font ölçüsü : - / +
bitmap-img6


AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, professor Kərim Şükürov barəsində məhkəmə qərar verib. 

Qaynarinfo-nun məlumatına görə, İnstitutun "Azərbaycanın Sovet dövrü tarixi" şöbəsinin böyük elmi işçisi, dosent, 1948-ci il təvəllüdlü Həsənov Tofiq Əliş oğlu i. yerində özünü pis hiss edib və təzyiqinin qalxması nəticəsində ayaqyolunda başı gicəllənərək yıxılaraq xəsarət alıb.

78 yaşlı dosent aldığı xəsarətlə əlaqədar xəstəxanaya aparılıb.
 

Hadisə ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Kərim Şükürovun istehsalatda baş vermiş bədbəxt hadisə barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat vermədiyini əsas gətirərək onun barəsində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə protokol tərtib edib.

İş Dövlət Əmək Müfəttişliyi Xidmətinin şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinə kimi uzanıb. Lakin Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin Kərim Şükürovun xeyrinə çıxardığı qərarı qüvvədə saxlayıb.



Xəbərin oxunma sayı : 499




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap