Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

“Mağazada satılırsa, niyə çöldən gətirmək olmaz?“ - Nazirlikdən narazılıqlara münasibət

Tarix 21.07.26, 12:20

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda yerləşən hərbi hissələrdən birində övladı ilə görüşə gedən vətəndaş tətbiq olunan qaydalarla bağlı narazılığını bildirib. Belə ki, onun özü ilə apardığı ərzaq məhsullarının hərbi hissənin ərazisinə keçirilməsinə icazə verilməyib. Halbuki onun apardığı məhsullardan bəziləri hərbi hissənin daxilindəki mağazada satılır.

AzFakt.com xəbər verir ki, məsələ ilə bağlı Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov Axar.az-a bildirib ki, hərbi qulluqçular dövlət hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən etdilmiş normalar üzrə ərzaqla təmin edilirlər.

“Hərbi hissələrdə fəaliyyət göstərən əsgər mağazalarında satılan qida və içki məhsulları Azərbaycan Respublikasının "Qida təhlükəsizliyi haqqında" Qanununa və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təsdiq etdiyi sanitar-gigiyenik normalara və texniki reqlamentlərə cavab verir. Bu normalara uyğun olaraq qida və içki məhsullarının qəbulu, saxlanılması, hazırlanması və satışı mağazanın yerləşdiyi hərbi hissənin həkim heyəti və aidiyyəti üzrə digər vəzifəli şəxslərinin nəzarəti ilə həyata keçirilir. Bu baxımdan əsgər yaxınlarının həssaslığını nəzərə alaraq ev şəraitində hazırlanan, daşınması və saxlanılması xüsusi şərait tələb edən qidaların hərbi hissələrə gətirilməsi məsləhət görülmür”, - o vurğulayıb.

A.Eyvazov qeyd edib ki, hərbi hissənin daxilindəki mağazalarda satılan məhsulların alınması könüllü xarakter daşıyır və vətəndaşların öz istəyindən asılıdır.



Xəbərin oxunma sayı : 673




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap