Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

“Xalq Bank” 6 ayda 220 milyon manat depozit itirib - Valyuta əmanətləri kəskin azalıb

Tarix 23.07.26, 13:24

Font ölçüsü : - / +
bitmap-img6


Xalq Bankın müştəri depozitlərinin həcmi 2026-cı ilin ilk yarısında 220,5 mln. manat və ya 11,5% azalaraq 1 mlrd 700,8 mln manata düşüb.

AzFakt.com xəbər verir ki, 2025-ci ilin sonunda bankın fiziki və hüquqi şəxslər üzrə ümumi depozit portfeli 1 mlrd 921,3 mln manat təşkil edib. 2026-cı ilin iyunun sonuna bu göstərici 1 mlrd 700,8 mln manata enib.

Bankın fiziki şəxslərdən cəlb etdiyi depozitlər 96,9 mln manat və ya 11,6% azalaraq 834,9 mln manatdan 738 mln manata düşüb. Hüquqi şəxslərin depozitləri isə 123,6 mln manat və ya 11,4% azalaraq 1 mlrd 86,3 mln manatdan 962,8 mln manata enib.

Depozit portfelinin azalması əsasən xarici valyutada yerləşdirilmiş vəsaitlərin azalması hesabına baş verib. Belə ki, müştərilərin xarici valyutada depozitləri altı ay ərzində 992 mln manatdan 749,1 mln manata düşüb. Azalma 242,9 mln manat və ya 24,5% təşkil edib.

Bunun əksinə, manatla yerləşdirilən depozitlərin həcmi 929,3 mln manatdan 951,7 mln manata yüksəlib. Beləliklə, manat depozitləri 22,4 mln manat və ya 2,4% artıb.

Xüsusilə fiziki şəxslərin valyuta əmanətlərində ciddi azalma qeydə alınıb. Bu göstərici 560,4 mln manatdan 364 mln manata düşüb. Eyni dövrdə fiziki şəxslərin manatla depozitləri 274,5 mln manatdan 374,1 mln manata yüksəlib. Bu, əhalinin bankdakı əmanətlərinin valyuta strukturunda manatın payının artdığını göstərir.

Hüquqi şəxslərin həm manat, həm də xarici valyutada depozitləri azalıb. Şirkətlərin manatla vəsaitləri təxminən 77,1 mln manat, xarici valyutada depozitləri isə 46,5 mln manat azalıb.

Bankın digər maliyyə institutlarından cəlb etdiyi depozitlər də 360,5 mln manatdan 267,2 mln manata enib. Bu portfeldə 93,3 mln manat və ya 25,9% azalma qeydə alınıb.

Depozit bazasının kiçilməsi Xalq Bankın ümumi balansına da təsir göstərib. Bankın cəmi öhdəlikləri 2025-ci ilin sonundakı 2 mlrd 642 mln manatdan 2 mlrd 308,7 mln manata düşüb. Öhdəliklər altı ay ərzində 333,3 mln manat və ya 12,6% azalıb.

Bankın cəmi aktivləri isə 352,2 mln manat və ya 11,1% azalaraq 3 mlrd 184,5 mln manatdan 2 mlrd 832,3 mln manata enib.

Aktivlərin azalmasında bankın xarici banklardakı “Nostro” hesablarının 494,9 mln manatdan 125,4 mln manata düşməsi əsas rol oynayıb. Bu maddə üzrə azalma 369,6 mln manat və ya 74,7% təşkil edib. Eyni zamanda bankın qiymətli kağız portfeli 218,1 mln manatdan 95,9 mln manata enib.

Bank sərbəst vəsaitlərinin bir hissəsini daha qısamüddətli alətlərə yönəldib. Banklararası bazarda yeddi günədək müddətə yerləşdirilən vəsaitlər 38,6 mln manatdan 206,6 mln manata yüksəlib.

Müştərilərə verilmiş ümumi kreditlərin həcmi 1 mlrd 847,4 mln manatdan 1 mlrd 776,8 mln manata, xalis kredit portfeli isə 1 mlrd 802,5 mln manatdan 1 mlrd 730,3 mln manata düşüb. Xalis kredit portfeli 72,2 mln manat və ya 4% kiçilib.

Xalq Bankın cəmi kapitalı da altı ay ərzində 542,5 mln manatdan 523,6 mln manata enib. Kapitalda 18,9 mln manat və ya 3,5% azalma baş verib.

Beləliklə, 2026-cı ilin ilk yarısında Xalq Bankın balansının kiçilməsi əsasən müştəri və maliyyə institutlarının depozitlərinin azalması, xarici banklardakı vəsaitlərin geri çəkilməsi, qiymətli kağız və kredit portfellərinin daralması ilə müşayiət olunub. Depozitlər üzrə əsas dəyişiklik isə xarici valyutada vəsaitlərin azalması və fiziki şəxslərin əmanətlərində manatın payının artması olub.



Xəbərin oxunma sayı : 367




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap