Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Ad günü məclisi dava ilə bitdi: Sərxoş olub bacısını döyən şəxs cəzalandırıldı

Tarix 23.07.26, 13:41

Font ölçüsü : - / +
bitmap-img6


Ad günü münasibətilə spirtli içki qəbul etdikdən sonra bacısını döyərək ona yüngül xəsarət yetirən şəxs barəsində məhkəmə hökmü çıxarılıb.

AzFakt.com xəbər verir ki, məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bacısının baş nahiyəsinə təpiklə zərbə endirib. Hadisə nəticəsində zərərçəkmiş şəxsin sağ göz nahiyəsində qançır və şişkinlik, həmçinin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri qeydə alınıb.

Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü tam təqsirli bildiyini deyib. O bildirib ki, hadisə baş verən gün – mayın 22-də ad günü münasibətilə ailə üzvləri ilə birlikdə evdə məclis təşkil edib və spirtli içki qəbul edib. Daha sonra mağazadan araq alaraq küçədə də içki içdiyini söyləyib.

Onun sözlərinə görə, axşam saatlarında nənəsinin evinə gedərək anasından pul istəyib. Anası onun sərxoş vəziyyətdə olduğunu görərək buna etiraz edib. Bu zaman bacısı da mübahisəyə müdaxilə edərək anası ilə mübahisəni dayandırmasını, əks halda polisə müraciət edəcəyini deyib.

Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, bacısının bu sözlərindən sonra onun arxasınca küçəyə çıxıb. Bacısı qaçmağa başlayıb, o isə yaşadıqları evin qarşısında ona çatıb. Bacısı müvazinətini itirərək yıxıldıqdan sonra sifət nahiyəsinə təpiklə zərbə endirib. Hadisəyə anası müdaxilə edərək onları ayırıb.

Məhkəmədə təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etdiyini, peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və dəymiş ziyanı tam ödədiyini bildirib. O, zərərçəkmiş şəxsin artıq ondan şikayətçi olmadığını da qeyd edərək, azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş edib.

Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə təqsirli bilərək ona 320 saat ictimai iş cəzası təyin edib.



Xəbərin oxunma sayı : 358




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap