Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Atası təsisçi, qızı rektordur - Qalmaqallı universitet kimə məxsusdur?

Tarix 24.07.26, 16:28

Font ölçüsü : - / +
bitmap-img6


Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi Bakı Qızlar Universitetini (BQU) akkreditasiyadan keçirməyib.

Adıçəkilən ali məktəb üzrə institusional akkreditasiya qiymətləndirilməsinin yekun nəticəsi “uyğun deyil” olaraq qiymətləndirilib və Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na uyğun müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul olunub.
Proqram akkreditasiyası üzrə “İbtidai sinif müəllimliyi” ixtisasında 6 proqram 5 il, 3 proqram 3 il müddətinə akkreditasiya olunub, 4 proqram üzrə isə çatışmazlıqların aradan qaldırılması məqsədilə 2 ildən sonra təkrar akkreditasiya aparılması qərara alınıb. BQU-nun həmin proqramı akkreditasiya olunmuş hesab edilməyib.

“Məktəbəqədər təhsil” ixtisası üzrə isə 10 proqram 5 il müddətinə akkreditasiya olunub, 3 proqram üzrə 2 ildən sonra təkrar akkreditasiya keçirilməsi qərara alınıb. Bakı Qızlar Universitetinin bu proqramı da “uyğun deyil” nəticəsi ilə akkreditasiya olunmuş hesab edilməyib.

Bəs bu ali məktəb nə zaman təsis olunub? Rəhbəri kimdir?

AzFakt.com Ölkə.az-a istinadla xəbər verir ki, Bakı Qızlar Universiteti 1992-ci ildə Bakı Ali Pedaqoji Qızlar Seminariyası kimi yaradılıb. 2005-ci il iyulun 8-dən Bakı Qızlar Universiteti adlandırılıb.

Ali məktəbin rəsmi saytının “haqqımızda” bölməsində yerləşdirilən məlumatda deyilir:
“XX əsrin 80-cı illərində ölkənin təhsil sistemi güclü böhranla qarşılaşdı. Bakı Ali Pedaqoji Qızlar Seminariyası belə bir dövrdə yarandı. Bu, elə bir dövr idi ki, mövcud təhsil sistemi zamanın tələblərinə cavab vermirdi. Yeni, alternativ, daha mütərəqqi və uğurlu sistemə ciddi ehtiyac var idi. Qızlar Seminariyası da belə bir sistemin qaranquşlarından biri oldu.

Seminariyanın rəhbərliyi ali pedaqoji təhsilin təkmilləşdirilməsi istiqamətlərini müəyyənləşdirdi, yeni model yaratdı. Bu model sovet təhsil sisteminin “Təbiət-cəmiyyət” modelindən kəskin fərqlənirdi. Köhnə təhsil modelinə “şəxsiyyət” və “tanrı” komponentləri əlavə edilərək, seminariyada təhsilin məzmunu “təbiət-cəmiyyət-şəxsiyyət-tanrı” modeli əsasında quruldu.

Seminariyanın əsasnaməsi 1992-ci ildə təsdiq edildi. Beləliklə, seminariyanın təşkili üçün hüquqi əsas yarandı. Professor Ağarəhim Nüsrət oğlu Rəhimovun sədrliyi ilə tələbə qəbulu komissiyası yaradıldı. İyulun 27-də Azərbaycan Televiziyasında Bakı Ali Pedaqoji Qızlar Seminariyasına “Pedaqogika və psixologiya”, “Pedaqogika və ibtidai təhsilin pedaqogikası” ixtisasları üzrə tələbə qəbuluna dair elan verildi. Nazim Abbasova tədris işlərinə rəhbərlik etmək həvalə edildi”.



Xəbərin oxunma sayı : 535




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap