| |
|
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Haber Global” əl dəyişə bilər - Kanal ətrafında nələr baş verir?
Tarix 28.07.26, 13:49 |
|
İlin sonuna qədər “Haber Global”ın əl dəyişməsi, ya da “satılması” gözlənilir
Son zamanlar Türkiyədə fəaliyyət göstərən və Azərbaycan vətəndaşlarına aid olan “Haber Global” telekanalının ətrafında yayılan söz-söhbətlər diqqət cəkir.
Poliqon xəbər verir ki, bir neçə gün əvvəl yerli mətbuatda yayılan bir xəbərdə bildirilirdi ki, Türkiyə telekanalları arasında “Haber Global”ın reytinqinin çox aşağı olması, hətta reytinq cədvəlinin ən sonlarında yer alması bu kanala ayrılan böyük sərmayələrin havaya sovurulması anlamına gəlir.
Bu xəbərdən bir neçə gün əvvəl isə “Haber Global”ın sahiblərindən biri Elnur Abdullayev “Forbes” nəşri və beynəlxalq araşdırma şirkəti “Statista” tərəfindən həyata keçirilən müstəqil qiymətləndirmənin nəticələrinə əsasən "Türkiye`s Best Employers 2026" siyahısına daxil olması və müvafiq sertifikata layiq görülməsi ilə bağlı bir paylaşım etmişdi. Paylaşımda diqqət çəkən məsələ o idi ki, alınan sertifikat kanalın Türkiyə cəmiyyətində əldə etdiyi uğurla bağlı deyil, işçinin işəgötürəndən məmnuniyyəti ilə bağlıydı. Yəni söhbət “Haber Global”da çalışanların Elnur Abdullayevdən məmnunluğundan gedirdi və bu “uğur” ümumilikdə “Haber Global”ın bir telekanal olaraq Türkiyə cəmiyyətində əldə etdiyi uğurla yaxından uzaqdan bağlı deyildi. Sadəcə Elnur Abdullayevin işverən kimi işçilərə yanaşması önə çəkilirdi…
Bu arada bildirək ki, son zamanlar beynəlxalq təşkilatların adından istifadə edərək müsbət imic yaratmaq bir tendensiya halını almaqdadır və bunu manipulyasiya kimi dəyərləndirmək olar. Belə ki, “Forbes”, “Gallup” və s. kimi dünya markalarının yerli təşkilatları yaradılır və bir çox hallarda ana təşkilatın bu “törəmə” təşkilatlardan xəbəri belə olmur. Misal üçün bir neçə il əvvəl “Gallup Ermənistan” adlı bir təşkilat ictimai rəy sorğusu keçirərək Ermənistanda müxalifəti seçkinin lideri kimi təqdim edirdi. Amma seçkinin nəticəsi bu sorğuların tamamilə əksini ortaya qoyurdu. Ermənistan hakimiyyətinin etirazlarından sonra “Gallup”un ana təşkilatı onların Ermənistanda törəmə təşkilatının olmadığını bildirdi və sonra məlum oldu ki, “Gallup Ermənistan”I müxalifət yaradıb və bu təşkilatın ABŞ-dəki ana təşkilatla heç bir əlaqəsi olmayıb.
“Forbes” markası ilə bağlı da eyni şeyi demək olar və qeyd etməliyik ki, bu əslində dünya markalarının adından istifadə edərək onların “törəmə”lərini yaradan əcnəbi şəxslərin dələduzluqlarından başqa bir şey deyil. Biz “Forbes Türkiyə”nin ana təşkilatla nə qədər əlaqəli olduğunu bilmirik və bu üzdən də “Forbes” və “Statista” təşkilatları adından kimlərinsə manipulyasiya edib-etmədiyini də iddia edə bilmərik.
Qeyd edək ki, televiziya bazarında hər şey rəqəmlərdən ibarətdir. Bir kanalın əsl dəyərini divardan asılan sertifikatlar yox, TİAK kimi rəsmi auditoriya ölçüm hesabatlarındakı yeri müəyyən edir. Əgər bir telekanal reytinq cədvəlində, məsələn, ilk 100-lükdə lazımi yerlərdə deyilsə və ya izlənmə payı rəqiblərdən böyük ara geridə qalırsa, rəhbərlik dərhal reklamverənlərin gözünə kül üfürmək üçün yollar axtarır. “Baxış sayımız az ola bilər, amma biz ən yaxşı işəgötürənik” məntiqi, məhz rəqəmlərdəki zəifliyi ört-basdır etmək üçün istifadə olunan manipulyasiyadır.
Bu cür araşdırmaların metodologiyası kağız üzərində nə qədər bəzədilsə də, reallıq budur ki, "Statista" və "Forbes" bu işi xeyriyyə məqsədi ilə etmir. Kanalın rəhbərliyi bəzən işçilərinə zorla və ya xahiş-minnətlə o “anonim” sorğunu yüksək xalla doldurtdurur. Siyahıya düşdükdən sonra isə əsas məsələ başlayır: o lənətəgəlmiş loqonu ekrana, qrafiklərə və mətbuat relizlərinə yapışdırmaq üçün yüz minlərlə dollar dəyərində “lisenziya haqqı” ödənilir. Bu, işçiyə verilən dəyər deyil, rəhbərliyin öz eqosunu oxşamaq və holdinqə saxta prestij qazandırmaq üçün atdığı addımdır.
Digər tərəfdən ekranda və ya sosial mediada xəbərin peşəkar, qrafiklərin qüsursuz, mətnin isə diqqətçəkici görünməsi üçün necə manipulyasiyalar edilirsə, bu sertifikat da tamamilə eyni məqsədə xidmət edir. Məqsəd, daxildəki struktur problemlərini və ya adi, standart bir iş mühitini elə bəzəyib təqdim etməkdir ki, kənardan baxan investor və tamaşaçı bunu bir “möcüzə” zənn etsin.
Bir sözlə, bu sertifikat media qurumunun cəmiyyətə verəcəyi xəbərin obyektivliyinə, sürətinə və ya peşəkarlığına heç bir təsir etmir. O, sadəcə olaraq media bosslarının kabinetindən asmaq və bahalı bir PR aləti kimi istifadə etmək üçün alınmış “bəzək əşyasıdır”.
“Haber Global”ın Türkiyədəki reytinqinə gəlincə, kanala yaxın mənbədən aldığımız məlumata görə, “Haber Global”ın Türkiyə xəbər kanalalrı arasında olan reytinqi 0,3%-dir. Yəni Türkiyədə xəbər kanalalrını izləyən 100 insandan biri deyil, bir nəfərin 1/3-i “Haber Global”I izləyir. Mənbəmizin bu iddiasına inanarsaq, deyə bilərik ki, bu bərbad bir reytinqdir və “Haber Global”ın fəaliyyəinə başlamasının hazırlığı və sonradan fəaliyyəti üçün cəlb edilən milyonlarla vəsaitin doğrudan havaya sovrulmasıdır.
Yəni iddia olunan reytinqdən çıxış edərsək, xərclənən böyük pullara rəğmən “Haber Global”ın rəhbərliyi qarşıya qoyulan hədəflərə nəinki çata bilməyib, hətta bu hədəflərə yaxınlaşmayıb belə. Bu da onu deməyə əsas verir ki, “Haber Global” bir layihə olaraq özünü doğrultmayıb, daha doğrusu batırılıb.
Bəs Türkiyədə bir nəfərin 1/3-nin izlədiyi “Haber Global”ın bu qədər geridə qalmasının əsl səbəbləri nədir? Təbii ki, çoxlu obyektiv və subyektiv səbələr ola bilər, ancaq rəhbərliyin fəaliyyəti burda əsas rol oynayan səbəb kimi görülməlidir. Hesab etmək olar ki, rəhbərliyin qeyri-peşəkarlığı belə bir bərbad reytinqin ortaya çıxmasında heç də az rol oynamır və bu faktor arxa plana atılmamalıdır.
Ümumilikdə götürdükdə isə “Haber Global” Türkiyə televiziya bazarında “CNN Türk”ün “törəməsi” kimi görünür. Çünki “Haber Global” hər şeylə “CNN Türk”ü təkrarlayır. Hər iki kanalda istər müzakirə olunan mövzular, istərsə də ekspertlər eyni olurlar və bu təkrarçılıq artıq tamaşaçı üçün heç bir şey kəsb eləmir.
Yəni “CNN Türk”də danışan ekspertlər bir neçə saat sonra, ya da bir gün sonra eyni mövzuları “Haber Global”da müzakirə edirlər və belə təəssurat yaranır ki, “Haber Global”I idarə edən şəxslərin özlərinə məxsus heç bir konsepsiyası və baxış bucaqları yoxdur. Bu isə onu gösrtərir ki, “Haber Global”ın rəhbərliyi “kopi-pasta” sistemi ilə çalışırlar və müstəqil yaradıcılıq və müstəqil yanaşma onlarda sıfırın altındadır.
İstisna halalrda müstəqil baxış bucağı ortaya qoyulanda isə daha bərbad bir şeylər ortaya çıxır və ortaya çıxan mənzərə onu deməyə əsas verir ki, “Haber Global”ın ya siyasi kursu yoxdur, ya da bu siyasi kurs əslində Türkiyə hakimiyyətinin siyasi kursu ilə üst-üstə düşmür. Yəni “Haber Global”ın istisnaları “törəmə” qurumun əslində “CNN Türk” olaraq görünən “ana” qurumdan nə qədər fərqli olduğunu ortaya qoyur və bu da təbii olaraq sual doğurur: “Haber Global” “CNN Türk”ü niyə, hansı səbəbdən kopyalayır? Bəlkə ona görə ki, kanalda çalışan komandanın yaradıcılıq əmsalı yoxdur və bu üzdən də kanal rəhbərliyi sadəcə “CNN Türk”ü yamsılayaraq işin içindən çıxmağa çalışır?
“Haber Global”ın sosial şəbəkələrdə izlənmə sayları da çoxlu sualalr doğurur. Üzdən baxanda kanalın sosial şəbəkə səhifələrinin 100 minlərlə, hətta milyonlarla izləyiciləri var. Amma paylaşımların baxış sayına və bəyənmələrə baxanda tamam başqa mənzərəylə rastlaşırıq. Paylaşımların bəyənilmə və baxış sayları o qədər cüzi olur ki, istər-istəməz yüz minlik, milyonluq səhifələrin saxta botlardan ibarət olduğu aydın olur.
Hazırda “Haber Global”ın ətrafında görünən mənzərə budur ki, ortada böyük pullar var və Azərbaycana aid olunun bu pullar heç bir məqsədə çatmadan bir neçə azərbaycanlının və onlarla türkün cibinə girir. Ona görə də “Haber Global”da çalışanların Elnur Abdullayevdən məmnun olmaları təbii görünməlidir. Problem isə odur ki, bu pullar nə Azərbaycana, nə də Türkiyəyə heç bir səmərə vermir.
Bu arada əldə etdiyimiz başqa bir məlumata görə ilin sonuna qədər “Haber Global”ın əl dəyişməsi, ya da “satılması” gözlənilir. Bu barədə və “Haber Global”ın ətrafında dönən böyük pullarla bağlı növbəti yazımızda məlumat verəcəyik.
Xəbərin oxunma sayı : 460
Sosial
Xəbərlər
-
Sertifikasiyadan keçənlərə şad xəbər - Beş səhv sual müəllimlərin xeyrinə hesablandı
-
MKİ və “Mossad” Xameneini axtarır – “The Times”
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı - 200 minlik yeyinti
-
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb - FHN
-
Zidan milli komandaya baş məşqçi təyin olundu - 4 illik müqaviləyə imza atdı
-
“Silahları ayaqqabıların arxasında gizlətmişdim” - Şagirdin atası haqda qərar verildi
-
Onlarla sahibkarın fəaliyyəti dayandı: “Nə kompensasiya var, nə də alternativ yer”
-
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - DOSYE - FOTO
-
“Facebook”da sosial və siyasi məzmunlu paylaşımlara ən çox kim pul xərcləyib? – Siyahı
-
Türkiyə şirkətində 1 milyon dollar oğurluq - Azərbaycanlı xəzinədar 10 il həbs olundu
-
Hörmüz boğazının idarəedilməsi: Omandan İrana yeni təklif
-
Azərbaycanın bu ölkələrdəki səfirləri geri çağırıldı - Yeni təyinatlar
-
Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir?
-
Məşhurların narkotik qalmaqalı böyüyür - Ekspertiza nəticələri açıqlandı
-
“Haber Global” əl dəyişə bilər - Kanal ətrafında nələr baş verir?
-
Ədliyyə Nazirliyinə yüksək vəzifəyə təyinat vədi... - Kimi aldadıblar?
-
SOCAR-ın tabeliyində daha bir şirkət yaradıldı - Rəşad Əsgərov direktor təyin olundu
-
Putin İlham Əliyevə zəng etdi - Nələr müzakirə olunub?
-
Üzeyir Abas saxlanıldı - Dini inancları təhqir edrdi
-
Moldovada yanacaq böhranı: 30 günlük “həyəcan rejimi“ elan edildi
-
Bakı və Abşeronun bəzi qəsəbələrində iki gün su olmayacaq - Xəbərdarlıq
-
Trampın gündəliyi açıqlandı: Zelenski və Netanyahu ilə görüşəcək
-
XİN-dən Zaxarovaya sərt cavab: “Bu, reallığın təhrif olunmasıdır“
-
Bu şəxslərə 3 il müavinət veriləcək - Deputat açıqladı
-
64 min manatlıq vəzifə fırıldağı - Təqsirləndirilənlərə hökm oxundu
-
“Putindən İrana peyk təsvirləri göndərib-göndərmədiyini soruşacağam“ - Tramp
-
Ev quşları naməlum səbəbdən kütləvi tələf olurlar - ŞİKAYƏT
-
DSMF Aydın Abbasovdan yenə ofis icarəyə götürdü - 540 min manata
-
İranyönlü qruplaşmalar Səudiyyə Ərəbistanını hədələdi - “Sərt cavab veriləcək“
-
Bakıda bəy-gəlin rəqslərinin qiymətləri - SİYAHI
-
Azərbaycan nefti neçəyə satılır? - Yeni qiymət
-
“Ailəm dağıldı, depressiyaya düşdüm“ - Əməkdar artist
-
Buzovnanın kanalizasiyası Xəzər dənizinə axıdılır? - VİDEO
-
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
-
Şəmsi Səmədzadə həbsdən azad oldu - Azərbaycana gəlib + FOTO
-
“ABŞ olmasaydı, İsrail mövcud ola bilməzdi“ - Tramp
-
DÇ-2026-nın ən yaxşı qolunun müəllifi müəyyənləşib - VİDEO
-
Rumıniya Rusiya diplomatını qovur - PUA-lar diplomatik gərginlik yaradıb
-
Sumqayıtda yataqxana binası bərbad vəziyyətdədir - VİDEO
-
“Geyimdən çox rahatlığınızı düşünün“ - Nuradan müğənnilərə irad
-
“Razılaşmasaq, hərbi güc tətbiq edəcəyik” - Donald Tramp
-
Şamaxıda 65 ailənin yaşadığı ərazi başqa şəxsə satılıb - VİDEO
-
Moskva Ukrayna böhranının siyasi və diplomatik yolla həllinə hazırdır - Zaxarova
-
Buraxılış imtahanı nəticələrinə görə ən uğurlu və ən zəif BÖLGƏLƏR
-
10 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin bir qrup əməkdaşı işdən çıxarılıblar - ŞİKAYƏT/VİDEO
-
Peskovun arvadı “qara siyahı”dan çıxmaq istəyir - Və 2 milyon tələb edir...
-
Məcnun Məmmədov Faruk Fıratoğlu ilə görüşdü - FOTOLAR
-
Bakıda yeni marşrut xətti fəaliyyətə başlayır - Gedişhaqqı 1 manat 50 qəpik
-
Araik və digərlərinin apellyasiya məhkəməsi: Prokurorların çıxışları davam edir
-
“Kapital Bank”ın vaxtı keçmiş kreditləri kəskin artlb - 200 MİLYONA ÇATIR
-
Böyük Britaniyanın müdafiə naziri: Avropa Trampa təşəkkür etməlidir
-
Azərbaycan su ehtiyatlarına görə son, istifadəyə görə ilk sıralardadır - Siyahı
-
“Toplum TV“ işi üzrə hökm oxunub - 12 ildən 15 ilə kimi
-
Bərdə xəstəxanasında cərrah yoxdur? - TƏBİB-dən sosial şəbəkələrdə yayılan videoya cavab
-
Netanyahu Trampla nəyi müzakirə edəcək? - AÇIQLADI
-
Yeni nazir müavini təyin edildi - Sərəncam imzalanıb
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Səhər“ və “Mehr“in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir - MEDİA
-
ABŞ və İran hərbi əməliyyatları dayandırdı - Silah ehtiyatı tükənib?
-
100 manata ehtiyacı olanlar necə “milyonçu” oldu? - Çirkli pullar belə yuyulub
-
Sevgi münasibəti oğurluqla nəticələndi: Qonaq getdiyi evlərdən pul və qızıl apardı
-
Xəzərdə 13 yaşlı qız batıb - 3 nəfər isə xilas olunub
-
Mahsun Kırmızıgül və daha 4 məşhur prokurorluğa çağırıldı - Ahbap dərnəyi ilə bağlı
-
“Şapka Mamed”in ətrafında çəmbər daralır - 100 milyonluq kredit maxinasiyası
-
Tamaşaçılar ən çox hansı kanallara baxırlar? - AzTV və Real TV-nin verilişləri ilk 15-də yoxdur
-
ABŞ-dan Ukrayna müharibəsini bitirmək üçün yeni cəhd - Bu hücumlara son qoyulmalıdır...
-
Dünya çempionatı Bakıda keçiriləcək - Prezident sərəncam imzaladı
-
Prezident bu qanunlara da dəyişikliyi təsdiq edib - DETALLAR
-
Tramp İranla bağlı üç variantı nəzərdən keçirir - “The New York Times”
-
Azərbaycanın İstanbul və Qars baş konsulları geri çağırıldı - Yeniləri təyin edildi
-
Binəqədi-Novxanı-Mehdiabad yolunda obyektdə yanğın olub - VİDEO
-
Kredit borcu problemi həll olunur? - Yeni qaydalar hazırlanır
-
Sumqayıtda aylar öncə qazılan yol niyə hələ də bərpa edilmir? - VİDEO
-
Bakıda qeyri-adi qəza: Taksi sürücüsü qaçdı, sərxoş sərnişin sükana keçdi
-
Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi”: Bakının mərkəzində bir gecədə 20 ağac kəsildi
-
Şahin Bağırov baş idarəyə rəis təyin etdi - FOTO
-
DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi - VİDEO
-
Abşeronda külək elektrik enerjisini kəsdi: Qatarların hərəkəti yubandı
-
15 ildir qaz xətti keçən kəndin niyə qazı yoxdur? - VİDEO
-
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
-
Bakıda obyekt ərazisini genişləndirmək üçün yaşıllıqları məhv edir? - VİDEO
-
Havada tozun miqdarı normadan 1,7 dəfə artıqdır - Nə qədər davam edəcək?
-
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
-
Xırdalan-Novxanı yolunda niyə yerüstü piyada keçidi yoxdur? - VİDEO
-
“ABŞ İsrail ordusunun Qəzza, Suriya və Livandan çıxarılmasını tələb edir“ - Netanyahu
-
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
-
Müdir maaşa görə etiraz edən işçini döyüb? - VİDEO
-
B kateqoriyalı sürücülük vəsiqəsi ilə avtomobil idarə edənlərə xəbərdarlıq - VİDEO
-
Qadın alimenti ödəmədikdə qanun hansı tədbirləri nəzərdə tutur? - VİDEO
-
Antarktidada nəhəng əraziyə heç bir ölkə iddia etmir: Səbəbi nədir?
-
““Hizbullah“ın müdafiəsi İranın strateji siyasətidir“ - Xamenei
-
Bakıda və Abşeronda temperatur 3-4 dərəcə enəcək - Sabahın havası
-
Türkiyə millisindən tarixi zəfər - ÇEMPİON OLDU!
-
“Fantastik qiymətdir“ - Aviabiletlər niyə kəskin bahalaşıb?
-
İyulun 27-si və 28-də dənizə girmək təhlükəlidir - Fövqəladə Hallar Nazirliyi
-
Səbaildə torpaq sürüşməsinə görə bağlanan yolda təmir işləri niyə aparılmır? - VİDEO
-
Rusiya miqrantlara yeni şərtlər qoydu: Gəliri az olanlar ölkəni tərk edə bilərlər
-
Azərbaycanda ən çox bazar bu bölgədədir - SİYAHI
-
“Hücumlar davam etsə, müharibənin coğrafiyası genişlənəcək“ - İran ordusu
-
“Putin şəhər və mobil telefonlarından istifadə etmir“ - Peskov
-
Biləcəridə yol çöküb, hərəkət iflic olub - VİDEO
-
Avropa alov içində: 250 mindən çox insan təxliyə edildi
-
İnternetdə dələduzluq dalğası: Kibertəhlükələrin qarşısı necə alınır?
-
Zelenski kəşfiyyat məlumatlarını açıqladı - Rusiya yeni səfərbərliyə hazırlaşır
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
“İranın hədəfi qonşu ölkələr deyil, ABŞ-dir“ - Əraqçı
-
Dənizdə batan şəxs prokurorluqda müstəntiq işləyirmiş - FOTO
-
Tbilisi-Bakı qatarına niyə bilet tapılmır? - VİDEO
-
Azərbaycanda futbol klubu satıldı - 400 min manata
-
“Sursat ehtiyatlarımız tükənir“ - Pentaqon rəhbərliyindən Trampa xəb
-
Xəzərin sahilində 10 yeni ictimai çimərlik yaradılıb - VİDEO
-
40 dərəcə isti olacaq - Sabahın hava proqnozu
-
İlham Əliyev Məhəmməd Muizzuya təbrik məktubu ünvanlayıb - MƏTN
-
Bağlanacağı deyilən Bakı Qızlar Universitetinin rektoru danışdı - VİDEO
-
Parisdə terror aktının qarşısı alındı - Xüsusi əməliyyat
-
Naxçıvanda təcili tibbi yardım maşını aşdı - 4 nəfər xəsarət aldı
-
Azərbaycanın bəzi rayonlarında 39 dərəcə isti qeydə alınıb - Faktiki hava
-
İsmayıllının mərkəzi parkı baxımsız vəziyyətdə - VİDEO
-
“SK Servis“ yenə milyonluq tender qazandı: 7,3 milyon tender udan şirkətin əlaqə vasitəsi yoxdur
TOP 10
ARXİV






