“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Zibil yandırılır, tüstü evlərə dolur: Lənkəranda sakinlərin narazıdır (VİDEO)

Tarix 11.08.26, 21:13

Font ölçüsü : - / +
bitmap-img6


Lənkəranda məişət tullantılarının atıldığı zibil poliqonundakı antisanitar vəziyyət ətrafdakı insanlarla yanaşı, şəhərə gələn qonaqları da narahat edir.

Sakinlər deyirlər ki, ərazidə yerləşən zibil poliqonu 1980-ci illərdə yaradılıb. Burada məişət tullantılarının səmərəli şəkildə utilizasiyası mümkün olmadığından yandırılır ki, bu da Göyşaban, Ürgə, Girdəni və Viravul kəndlərinin, eləcə də Lənkəran şəhərinin bir hissəsi üçün ciddi problemə çevrilir.

Sakinlər deyirlər ki, yayılan tüstü və üfunət səbəbindən evlərində rahat nəfəs ala bilmirlər.

Məsələ ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Nazirlər Kabinetinin 11 iyul 2025-ci il tarixli Sərəncamı ilə dövlət-özəl tərəfdaşlığı layihəsi çərçivəsində Lənkəran rayonunda regional bərk məişət tullantılarının emalı müəssisəsinin tikintisi nəzərdə tutulub. İcra hakimiyyəti tərəfindən sözügedən müəssisənin inşası üçün nəzərdə tutulan torpaq sahələrinin koordinatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilib. Bu gün nazirliyin nümayəndələri Lənkəran rayonunda olub, hazırda məişət tullantılarının daşındığı əraziyə və müəssisənin inşası üçün ayrılması nəzərdə tutulan torpaq sahələrinə birgə baxış keçirilib. Hazırda İqtisadiyyat Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq davam etdirilir. Tikintisi nəzərdə tutulan bərk məişət tullantılarının emalı müəssisəsi fəaliyyətə başladıqdan sonra, məişət və qeyri - məişət tullantılarının utilizasiyası mümkün olacaq.//Xəzər TV



Xəbərin oxunma sayı : 925




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap