“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Gürcüstanda mənfəətini ən çox artıran bank “Paşa Bank” olub - Tam siyahı

Tarix 21.08.26, 11:23

Font ölçüsü : - / +
bitmap-img6


Gürcüstanda fəaliyyət göstərən bankların 2026-cı ilin yanvar-iyul aylarında əldə etdiyi ümumi xalis mənfəət 2,2 milyard lariyə (836,5 milyon dollar) çatıb.

Yeniavaz.com Gürcüstan Milli Bankının açıqladığı məlumatlara istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 388 milyon lari və ya 21% çoxdur.

Ölkədə fəaliyyət göstərən 19 kommersiya bankından 15-i hesabat dövrünü mənfəətlə, 4-ü isə zərərlə başa vurub.

Mənfəət reytinqində “Gürcüstan Bankı” 1 milyard 118 milyon lari (427,9 milyon dollar) xalis mənfəətlə ilk pillədə qərarlaşıb. Bankın mənfəəti illik müqayisədə 21% artıb.

İkinci yerdə 816 milyon lari (312,3 milyon dollar) mənfəətlə “TBC Bank” qərarlaşıb. Bankın mənfəəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19% artıb.
Qeyd edək ki, Azərbaycanın aparıcı banklarından olan “Paşa Bank” ASC-nin Gürcüstandakı törəmə bankı olan “Paşa Bank Gürcüstan” bu ilin ilk 7 ayında 4,8 milyon lari (2,1 milyon dollar) xalis mənfəətlə başa vurub. “Paşa Bank Gürcüstan”ın mənfəətini ən çox artıran bank olub. Ötən ilin eyni dövrü ilə müqayisədə bankın mənfəəti 2014% (təxminən 21 dəfə) artıb.

Gürcüstanda fəaliyyət göstərən bankların 2026-cı ilin yanvar-iyul aylarında xalis mənfəəti aşağıdakı kimi olub:
“Gürcüstan Bankı” – 427,9 mln. dollar (21% artım)
“TBC Bank” – 312,3 mln. dollar (19% artım)
“Basiz Bank” – 32,1 mln. dollar (42% artım)
“Liberty Bank” – 25,6 mln. dollar (9% azalma)
“Credo Bank” – 19,1 mln. dollar (6% artım)
“ProCredit Bank” – 8,0 mln. dollar (22% artım)
“Kartu Bank” – 8,0 mln. dollar (10% azalma)
“Terra Bank” – 6,9 mln. dollar (4% artım)
“Halyk Bank” – 5,4 mln. dollar (42% artım)
“Mikrobank Kristal” – 3,6 mln. dollar (5% azalma)
“İşBank” (“İş Bankası”) – 3,3 mln. dollar (1% artım)
“PayBank” – 2,6 mln. dollar (1207% artım)
“Ziraat Bank” – 2,1 mln. dollar (45% artım)
“Paşa Bank Gürcüstan” – 1,8 mln. dollar (2014% artım)
“Mikrobank MBIS” – 0,8 mln. dollar (60% azalma)
“Peysera Bank” – 0,5 mln. dollar zərər
“HashBank” –  2,6 mln. dollar zərər
“VTB Bank Georgia” – 4,4 mln. dollar zərər
“Silk Bank” – 6,2 mln. dollar zərər



Xəbərin oxunma sayı : 514




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap