“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Venesuelada Maduronun izləri silinir: Taleyin ümidinə buraxılıb

Tarix 21.08.26, 16:45

Font ölçüsü : - / +
bitmap-img6


“Financial Times” qəzetinin iddiasına görə, Venesuelada müvəqqəti prezident Delsi Rodrigesin rəhbərliyi ilə müxalifət arasında təxminən iki həftə davam edən danışıqlarda Nikolas Maduronun azad edilməsi məsələsi heç vaxt gündəmə gətirilməyib.

Qaynarinfo xəbər verir ki, analitiklər Rodriges administrasiyasının Maduro ilə bağlı qərarın artıq verildiyini düşündüyünü və öz siyasi mövqeyini qorumağı üstün tutduğunu bildirirlər. Məlumata görə, Karakas küçələrində Maduroya dəstək verən afişa və reklam lövhələri də yığışdırılmağa başlayıb.

Beş dəfə görüşdülər, Maduro müzakirə olunmadı

Xəbərə görə, hökumət və müxalifət nümayəndələri ümumilikdə beş dəfə görüşüblər. Lakin danışıqlar zamanı nə Nikolas Maduronun, nə də onun həyat yoldaşı Siliya Floresin azad edilməsi ilə bağlı hər hansı tələb irəli sürülüb.

Müxalifət adından danışıqlarda iştirak edən şəxslərdən biri “Financial Times”a deyib: “Maduro və Flores danışıqlar masasında yoxdur. Onlar tarixdən siliniblər".

“Taleyi çoxdan müəyyənləşib” iddiası

Venesuelalı analitikin sözlərinə görə, müvəqqəti hökumət Maduro ilə bağlı taleyin artıq müəyyənləşdiyini düşünür. Bu yanaşmanın Delsi Rodrigesin keçmiş dövlət başçısına münasibətində baş verən dəyişikliyi də ortaya qoyduğu bildirilir.

Rodrigesin mövqeyi dəyişib

Rodriges Maduronun yanvarın 3-də ABŞ qüvvələri tərəfindən saxlanılmasından sonra keçmiş liderin dərhal azad edilməsini tələb etmişdi. Lakin “Financial Times”ın məlumatına görə, son danışıqlarda Rodriges administrasiyası Maduronun vəziyyətini heç gündəmə gətirməyib.

Qəzet həmçinin Rodrigesin ictimai çıxışlarında Maduroya getdikcə daha az yer verdiyini yazıb. Analitiklər hesab edirlər ki, bu, müvəqqəti hökumətin Maduronun azad edilməsindən daha çox öz siyasi mövqeyini qorumağa üstünlük verdiyinə işarə edir.

Maduronun izləri küçələrdən də silinir

Məlumata görə, Venesuelada Maduronun izləri yalnız siyasətdən deyil, küçələrdən də silinməyə başlayıb. Maduro və həyat yoldaşı Siliya Floresin azad edilməsini tələb edən afişa və reklam lövhələrinin böyük hissəsinin götürüldüyü, Karakasda isə keçmiş dövlət başçısı və həyat yoldaşının yalnız bir neçə iri portretinin qaldığı bildirilir.

Maduro və həyat yoldaşı Nyu-Yorkda saxlanılır

Nikolas Maduro və Siliya Floresin ABŞ-ın yanvarın 3-də keçirdiyi gecə əməliyyatı zamanı Venesueladan çıxarıldığı bildirilir. Cütlüyün Nyu-Yorkdakı saxlanma mərkəzlərindən birində tutulduğu və Maduronun narkotik qaçaqmalçılığı ittihamları ilə üzləşdiyi qeyd olunur



Xəbərin oxunma sayı : 430




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap