“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Bakıda 4 milyon manatlıq qızıl qaçaqmalçılığı: Dəstə necə ifşa olunub? (VİDEO)

Tarix 21.08.26, 17:51

Font ölçüsü : - / +
bitmap-img6


Dəyəri milyonlarla manat olan qızıl-zinət əşyalarının qaçaqmalçılığı ilə bağlı cinayət işinin detalları məlum olub. İnterpolun üzvü olan ölkələrdə “Qırmızı bülleten”lə axtarışda olan İnqilab Babayev, Tural Akif oğlu Səmədzadə və dəstənin digər üzvlərinin cinayət əməlləri ilə bağlı materiallarda zərgərlik məmulatlarının İstanbuldan Bakıya necə gətirildiyi və gömrük nəzarətindən necə keçirildiyi təsvir olunur.

AzFakt.com Qaynarinfo-ya istinadla xəbər verir ki, həbs olunanlar arasında Tural Səmədzadənin şəxsi sürücüsü, 1970-ci ildə Bakıda anadan olmuş, Azərbaycan vətəndaşı, əvvəllər məhkum olunmamış, ailəli, ali təhsilli Kərim Rəsulzadə də var. Onun saxlanılmasından sonra dəstənin digər üzvlərinin cinayət əməllərinin də ifşa edildiyi bildirilir.

Məlumata görə, Rəsulzadə 2023-cü ilin martında külli miqdarda zərgərlik məmulatlarının tamah məqsədilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirilməsi ilə bağlı qabaqcadan əlbir olan bir qrup şəxslə cinayət əlaqəsinə girib.

Təqsirləndirilən şəxs aldığı aviabilet əsasında 2023-cü ildə Bakı–İstanbul aviareysi ilə Türkiyəyə gedib.

İstintaqın versiyasına əsasən, ümumi cinayət planına uyğun olaraq, cinayətkar qrupun üzvü İnqilab Babayev və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslər 585 əyarlı qızıldan hazırlanmış 9 201,96 qram, 750 əyarlı qızıldan hazırlanmış 2 444,75 qram zərgərlik məmulatlarını İstanbulda əldə ediblər. Üzərində ümumi çəkisi 35 qram olan zirkon qaşların da olduğu məmulatların ümumi çəkisi 11 681,71 qram, dəyəri isə 661 939,73 manat olub.

Zərgərlik məmulatları qiymətli malların çatdırılması haqqında şəhadətnamə ilə birlikdə İstanbul hava limanına aparılaraq saxlanca verilib.

Daha sonra təqsirləndirilən şəxslər Azərbaycan Hava Yollarının onlayn xidmətindən istifadə etməklə “VIP” xidmət sifariş ediblər. Sifariş əsasında təyyarə enişindən sonra istifadə olunması üçün “CIP” xidməti də nəzərdə tutulub.

Həmin şəxslər İstanbul hava limanına gələrək İstanbul–Bakı aviareysi üzrə qeydiyyatdan keçib, şəxsiyyət vəsiqəsi və uçuş biletini təqdim etməklə saxlanc məntəqəsindən zərgərlik məmulatlarını təhvil alıblar. İstintaqın məlumatına görə, Rəsulzadə bu müddətdə cinayət planının gedişinə nəzarət edib və qrup üzvləri arasında əlaqələndirməni həyata keçirib.

Bakıda isə qızılların dəstənin digər üzvü Kamran Aslanova təhvil verildiyi bildirilir.

Onun müşayiəti ilə zərgərlik məmulatları hava limanının təhlükəsizlik, gömrük və sərhəd nəzarətindən əl yükü kimi keçirilib. Gəliş zalına çatdıqdan sonra məmulatlar nəqliyyat vasitəsində qoyulub, qrup üzvləri isə nəqliyyat vasitəsindən düşərək gömrük nəzarəti zonasından keçməklə hava limanını tərk ediblər.
İkinci cəhd zamanı dəstə ifşa olunub

İstintaq materiallarına görə, dəstə üzvləri növbəti dəfə İstanbuldan Bakıya ümumilikdə 15 710,28 qram çəkidə 583/585 və 750 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatları gətiriblər. Məmulatların dəyərinin 1 374 943 manat olduğu bildirilir.

Bu dəfə isə cinayət əməlinin qarşısı alınıb.

İddialara görə, qrup üzvləri qızılları Bakı hava limanında “CIP” xidmətinin nəqliyyat vasitəsinə yerləşdirməyi və daha sonra həmin məmulatların hava limanında istehsalat və koordinasiya idarəsində perronda təhlükəsizliyə nəzarət üzrə mühəndis vəzifəsində çalışan İlqar İsmayılov tərəfindən götürülərək gömrük nəzarətindən kənar keçirilməsini təmin etmək barədə razılığa gəliblər.

Bakıya təyyarə endikdən sonra İnqilab Babayev Kərim Rəsulzadə ilə “WhatsApp” vasitəsilə əlaqə saxlayıb. İstintaqın məlumatına görə, Babayev ifşa olunma təhlükəsinin yarandığını bildirərək məmulatların gömrük əməkdaşları tərəfindən aşkar edilməməsi üçün Rəsulzadəyə “CIP” xidmətinin nəqliyyat vasitəsinə minməməyi tapşırıb.

İddialara görə, Babayev daha sonra Rəsulzadənin adına ən yaxın tarix və saata Bakı–Tbilisi aviareysinə onlayn bilet alıb və ölkə ərazisini tərk etmək üçün tranzit zonaya keçməsini bildirib.

Rəsulzadə də “CIP” xidmətindən imtina edərək zərgərlik məmulatlarını gömrük nəzarətindən yayındırmaq məqsədilə hava limanının tranzit zonasına keçib.

İstintaqın versiyasına əsasən, o, məmulatları həmin zonada gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməyə çalışıb.

Lakin daxil olan əməliyyat məlumatı əsasında Rəsulzadə saxlanılıb və yoxlamaya cəlb edilib. Yoxlama zamanı onun əl yükündən sözügedən zərgərlik məmulatları aşkar edilərək götürülüb.

Qeyd edək ki, bu ilin aprel ayında dəstənin əsas üzvlərindən biri, İnterpolun 196 üzv ölkəsində “Qırmızı bülleten”lə axtarılan Azərbaycan vətəndaşı İnqilab Babayev Türkiyədə, fevral ayında isə Tural Akif oğlu Səmədzadə Birləşmiş Ərəb Əmirliklərində saxlanılıb.



Xəbərin oxunma sayı : 391




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap