“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Avtobusun tavanından su tökülməsi sərnişinlərin pəncərələri açması ilə bağlıdır? - VİDEO

Tarix 25.08.26, 21:23

Font ölçüsü : - / +
bitmap-img6


Oturacaqların üzəri sudur... Sərnişinlər oturduğu yeri dəyişir... Bu görüntüləri də elə sərnişinlər çəkib... Bu kadrları isə çəkiliş apardığımız vaxt qeydə aldıq...

Yəni görüntülər ümumilikdə 3 saat ərzində kameramıza tuş gələn "Baku Busa"a məxsus 5 fərqli marşruta aid avtobuslardandır.

AzFakt.com-un Xezerxeber.az-a istinadən xəbərinə görə, sərnişinlər deyirlər ki, bu vəziyyəti artıq adi qarşılayırlar. Çünki, səbəb olaraq onlara sürücülər deyirlər ki, "normal haldır, kondisionerin suyudur".

Sürücülər kamera qarşısında danışmaq istəməsələr də, bildirdilər ki, bu məsələdə onların edə biləcəyi heç nə yoxdur.

Məsələ ilə bağlı "BakuBus" MMC-yə müraciət etdik. Qurumdan bildirildi ki, gündəlik xəttə çıxan bütün avtobuslar marşrut üzrə hərəkətə başlamazdan əvvəl zəruri texniki baxışdan keçirilir. Lakin kəskin temperatur dəyişiklikləri və digər istismar amilləri bəzən texniki nasazlıqlara səbəb ola bilər. Nəqliyyat vasitəsinin iqlimləndirmə sistemində hər hansı nasazlıq aşkar edildikdə, həmin avtobus dərhal xəttdən ayrılır və texniki xidmət üçün depoya göndərilir. Avtobusun yenidən xəttə buraxılması isə yalnız tam təmir prosesi və test mərhələsi uğurla başa çatdıqdan sonra təmin edilir. "Sərnişinlərdən xahiş edirik ki, avtobusda kondisioner işləyərkən pəncərələri açmasınlar. Pəncərələr açıq qaldıqda kondisioner sistemi həddindən artıq yüklənərək güclü kondensasiya yaradır ki, bu da qeyd edilən problemə səbəb olur", - deyə açıqlamada bildirilib.






Xəbərin oxunma sayı : 367




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap