“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Müflisləşən məşhurlar - Milyonlar əllərindən necə çıxdı?

Tarix 25.08.26, 23:55

Font ölçüsü : - / +
bitmap-img6


Dünyanın ən məşhur simaları belə maliyyə problemlərindən sığortalanmayıb. Hollivud ulduzları, reperlər və idman əfsanələri arasında vaxtilə milyonlarla dollar qazandığı halda, yanlış xərclər, borclar və uğursuz maliyyə qərarları səbəbindən müflis olmaq həddinə çatanlar az deyil.

AzFakt.com Lent.az-a istinadən maliyyə böhranı yaşayan məşhurların siyahısını təqdim edir.

Aktyor Nikolas Keyc uzun illər ərzində lüks həyat tərzinə böyük pullar xərcləyib. Bahalı daşınmaz əmlak, nadir əşyalar və digər sərvətlərə yatırdığı milyonlar nəticəsində aktyor ciddi borclarla üzləşib. Müflislik həddinə çatan Keyc sonradan ardıcıl film layihələrində çəkilərək borclarını ödəməyə başlayıb.

Reper 50 Cent isə 2015-ci ildə rəsmi olaraq müflislik proseduruna müraciət edib. Lakin iki il ərzində borclarını ödəyərək maliyyə vəziyyətini yenidən düzəldə bilib.

1990-cı illərin məşhur simalarından Pamela Anderson 2008-ci ildə ciddi maliyyə çətinliyi ilə üzləşib. Aktrisa vəziyyətdən çıxmaq üçün daşınmaz əmlakının bir hissəsini satıb və yenidən fəal işləməyə başlayıb.

Boks əfsanəsi Mayk Tayson isə 2003-cü ildə özünü müflis elan edib. Karyerası ərzində böyük sərvət qazanan idmançının maliyyə çöküşünün əsas səbəblərindən biri həddindən artıq dəbdəbəli həyat tərzi olub. Sonradan Tayson biznes, media və müxtəlif kommersiya layihələri vasitəsilə maliyyə vəziyyətini bərpa etməyə çalışıb.

Aktrisa Kim Beysinger də 1990-cı illərdə maliyyə problemləri ilə üzləşib və müflislik proseduruna müraciət edib. Bir müddət ictimai həyatdan uzaq qalan aktrisa daha sonra kinoya qayıdıb və uğurlu layihələrdə çəkilib.



Xəbərin oxunma sayı : 421




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap